Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakı Olimpiya stadionu MDB nəhəngləri arasında ilk üçlükdədir

© Sputnik / Murad OrujovБакинский Олимпийский Стадион
Бакинский Олимпийский Стадион - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Olimpiya Stadionu MDB ölkələri ərazisində ən çox tamaşaçı tutumu olan Top-10 stadionlar arasında ilk üçlüyə düşüb.

BAKI, 12 oktyabr — Sputnik. Bakı Olimpiya Stadionu MDB ölkələri ərazisində ən çox tamaşaçı tutumu olan Top-10 stadionlar arasında ilk üçlüyə düşüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TurStat portalı məlumat yayıb.

Президент ФИФА Йозеф Блаттер открывает конверт, чтобы показать, что Катар примет чемпионат мира по футболу 2022 года в штаб-квартире ФИФА в Цюрихе - Sputnik Azərbaycan
İDMAN
Platininin izi ilə: 2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdən alına bilər

MDB məkanında ən çox tutumu olan idman obyektləri içərisində ilk pillədə Moskvanın 81 min tamaşaçı tutan "Lujniki" stadionu dayanır. Onu 70 min nəfər tutumu olan Kiyevin "Olimpiya" stadionu izləyir. Üçüncü sırada 69 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu durur.

Ümumiyyətlə, milli komandaları Avro-2020-də iştirak edın MDB ölkələrinin ən yaxşı stadionlarının TOP-10-luğuna Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan və Gürcüstandakı obyektlər daxildir.

İlk üçlüyü 68 min tamaşaçı yeri olan Sankt-Peterburqun eyni adlı stadionu izləyir. Tbilisinin Boris Payçadze stadionuna 55 min, Yerevanın "Razdan" stadionuna 54 min tamaşaçı yerləşir. Sonrakı yerlərdə isə 35 mindən 45 minədək tamaşaçı tutumu olan Nijni Novqorod, Xarkov və Kalininqrad stadionları qərarlaşıb.

Bu reytinq sözügedən stadionların tamaşaçı tutumunun monitorinqi əsasında tərtib edilib.

Xəbər lenti
0