Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə Premyer liqa turnirində

Azərbaycan karateçiləri “Karate 1” Premyer Liqa turnirinin qalibi olub

26
Rafael Ağayev finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovla qarşılaşıb. Ağayev finalda rəqibinə qalib gələrək turnirin qalibi olub

BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi olublar.

APA-nin verdiyi məlumata görə, Rafael Ağayev finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovla qarşılaşıb. 

R. Ağayev finalda rəqibinə qalib gələrək turnirin qalibi olub. 68 kq çəkidə qadınların mübarizəsində  İrina Zaretska isə finalda çinli rəqibo Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva bürünc medal uğrunda görüşdə iştirak edib. İdmançımız Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı adına yiyələnib.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.

26
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi

29
(Yenilənib 22:46 02.08.2020)
“Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam"

BAKI, 2 avqust — Sputnik. Azərbaycanın futbol üzrə milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.

29
Əlaqədar
Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu
Rəsmi: Azərbaycanca danışan Canni De Byazi sükanı ələ aldı
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Baş nazir futbolçuya ərə getdi
Dani Ramires (göy formada), arxiv şəkli

“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib

15
(Yenilənib 15:58 01.08.2020)
Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib

BAKI,  1 avqust — Sputnik. Polşamın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

15
Fəttah Heydərov, arxiv şəkli

Fəttah Heydərov I Fəxri xiyabanda dəfn edilib

0
(Yenilənib 13:07 04.08.2020)
Fəttah Heydərov ötən gecə 82 yaşında vəfat edib. Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak edib.

BAKI, 4 iyul – Sputnik. Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov dəfn olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, F. Heydərov bu gün I Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları iştirak edib.

F. Heydərov ötən gecə 82 yaşında vəfat edib.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri olub.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.

SSRİ-nin “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə “Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

0