Обладатель Кубка мира по шахматам Теймур Раджабов на пресс-конференции

İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

34
Azərbaycanlı şahmatçı Dünya Kubokunun qalibi olub. Teymur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçımızdır.

BAKI, 4 oktyabr - Sputnik. Prezident İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu təbrik edib. Təbrikdə deyilir: 

"Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Xatırladaq ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi olub.

34