Qurban Qurbanov

Qurbanov: “Ən yaxşısını etməyə çalışacağıq”

19
(Yenilənib 23:00 02.10.2019)
"Qarabağ"ın baş məşqçisi sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb

BAKI, 2 oktyabr — Sputnik. "Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq".

Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: "Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

19
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi

29
(Yenilənib 22:46 02.08.2020)
“Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam"

BAKI, 2 avqust — Sputnik. Azərbaycanın futbol üzrə milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.

29
Əlaqədar
Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu
Rəsmi: Azərbaycanca danışan Canni De Byazi sükanı ələ aldı
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Baş nazir futbolçuya ərə getdi
Dani Ramires (göy formada), arxiv şəkli

“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib

15
(Yenilənib 15:58 01.08.2020)
Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib

BAKI,  1 avqust — Sputnik. Polşamın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

15
Neft

Azərbaycan nefti 45 dollara satılır

0
(Yenilənib 12:49 04.08.2020)
"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 45,39 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,41 dollar ucuzlaşaraq 43,74 dollar, "Light" markalı neftin qiyməti isə 0,36 dollar azalaraq 40,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0