Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kuboku

Teymur Rəcəbov Dünya Kubokunda qələbə şansını qorudu

99
(Yenilənib 17:34 02.10.2019)
Azərbaycan şahmatçısı çinli rəqibi Dinq Lirenlə üçüncü görüşdə qələbə çalaraq turnirin qalibi olmaq şansını saxlayıb

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə bitib. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.

Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

99
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, arxiv şəkli

Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi

29
(Yenilənib 22:46 02.08.2020)
“Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam"

BAKI, 2 avqust — Sputnik. Azərbaycanın futbol üzrə milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venesiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.

29
Əlaqədar
Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu
Rəsmi: Azərbaycanca danışan Canni De Byazi sükanı ələ aldı
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Baş nazir futbolçuya ərə getdi
Dani Ramires (göy formada), arxiv şəkli

“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib

15
(Yenilənib 15:58 01.08.2020)
Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib

BAKI,  1 avqust — Sputnik. Polşamın “Lex” klubunun ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.

Hələ 16 yaşında “Leqanes”dən Madrid “Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən “Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: “MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

Qeyd edək ki, 2017-ci ildən Polşada oynayan Dani “Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.

15
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

0
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

0