Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İbrahimoviç Həbiblə Poqbaya meydan oxudu: Neo kimi, amma topla - VİDEO

© AFP 2023 / FREDERIC J. BROWNНападающий футбольной команды "Лос-Анджелес" Златан Ибрагимович
Нападающий футбольной команды Лос-Анджелес Златан Ибрагимович - Sputnik Azərbaycan
Abunə olmaq
İbranın çellencini kişilərdən qabaq qadın təkrarlayıb. Ukrayna millisinin futbolçusu Nikolay Morozyukun xanımı İrina yazıb ki, İbrahimoviç onun sevimli oyunçusudur, ona görə də #MatrixChallenge-dən yan keçə bilməyib

BAKI, 28 sentyabr — Sputnik. Məşhur futbolçu Zlatan İbrahimoviç Instagram-da yeni çağırışa start verib.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, çağırışa qatılanlar "Matrisa" filmindəki Neo obrazının güllələrdən yayındığı məşhur fəndi təkrarlamalı, ancaq bunu sinəsində top saxlayaraq etməlidirlər.

Zlatan 2000-ci illərin məşhur filminin kadrlarını güllələrsiz təkrarlayıb. Ancaq xüsusi effektlərdən istifadə etməyib, üstəlik, fəndi topla yerinə yetirib. Neonu canlandıran Kianu Rivzdən fərqli olaraq, Zlatan dikəlməyi də bacarıb.

Посмотреть эту публикацию в Instagram

Matrix challenge: @paulpogba @djokernole @khabib_nurmagomedov @minoraiola SHOW ME #matrixchallenge

Публикация от Zlatan Ibrahimović (@iamzlatanibrahimovic)

İbra birdən-birə dörd nəfərə - tennisçi Novak Cokoviç, futbolçu Pol Poqba, MMA döyüşçüsü Həbib Nurməhəmmədov və futbol agenti Mino Rayolaya meydan oxuyub. Onlardan hələlik heç kim fəndi təkrarlamayıb. Həbib isə artıq şərh yazıb:  "This is number 1. Bullshit." ("Bu, 1 nömrəli axmaqlıqdır").

İbranın çellencini kişilərdən qabaq qadın təkrarlayıb. Ukrayna millisinin futbolçusu Nikolay Morozyukun xanımı İrina yazıb ki, İbrahimoviç onun sevimli oyunçusudur, ona görə də #MatrixChallenge-dən yan keçə bilməyib.

Çox güman ki, Zlatan Neo ilə "Matrisa"nı Hollivudda trilogiyanın davamını çəkdikləri üçün xatırlayıb. Bu filmin də rejissorları Vaçovskilərdir, baş rolda isə yenə də Kianu Rivz olacaq, aktyor deyib ki, senarini çox bəyənib.

Xəbər lenti
0