Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıya oğlunun son səfər etdiyi yerləri görməyə gələn atanın kədərli hekayəsi

© © Sputnik / Teymur TushiyevПрезидент федерации художественной гимнастики казахстанского города Шымкент Муслим Шаназаров
Президент федерации художественной гимнастики казахстанского города Шымкент Муслим Шаназаров - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı Şımkent Bədii Gimnastika Federasiyasının rəhbəri Müslüm Şanazarov üçün bir yarışdan daha böyük anlam daşıyıb: O, oğlunun sonuncu dəfə olduğu yerləri ziyarət edib

BAKI, 27 sentyabr — Sputnik. Bu, xoşbəxt sonluqla heç bir əlaqəsi olmayan kədərli tarixçədir. Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı kimi iri miqyaslı yarışlar təkcə idman tədbiri və bu idman növünün populyarlaşması baxımından deyil, insan faciəsi və mənəvi dinclik baxımından da böyük əhəmiyyət kəsb edə bilər.

Bu günlərdə başa çatan Gimnastika üzrə dünya çempionatının keçirildiyi, jurnalistlər və rəsmi şəxslər üçün ayrılmış tribunaların birində hər bir gimnastın çıxışından sonra əlindəki dəftərə qeydlər edən orta yaşlı bir kişi diqqəti cəlb edirdi. Onun əyninə geydiyi idman köynəyinə baxanda məntiqi olaraq başa düşmək olardı ki, o, Qazaxıstan nümayəndəsidir. Bizdə onunla dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşməsi üçün söhbət etmək marağı yarandı. Söhbət zamanı adının Fərux olduğunu düşündük. Çünki köynəyində məhz bu ad yazılmışdı. Amma sən demə, məsələ heç də belə deyilmiş.

© © Sputnik / Teymur TushiyevŞımkent Bədii Gimnastika Federasiyasının rəhbəri Müslüm Şanazarov
Bakıya oğlunun son səfər etdiyi yerləri görməyə gələn atanın kədərli hekayəsi - Sputnik Azərbaycan
Şımkent Bədii Gimnastika Federasiyasının rəhbəri Müslüm Şanazarov

Onun adı Müslüm Şanazarovdur və o, Qazaxıstanın Şımkent şəhərinin Bədii Gimnastika Federasiyasının prezidentidir. Bakıdakı dünya çempionatında çıxış edən qazaxıstanlı gimnast Alina Adilxanova da həmin şəhərdə doğulub. Fərux isə Müslüm Şanazarovun artıq həyatda olmayan oğlunun adıdır.

Müslüm Şanazarov üçün Bakı səfəri xüsusi anlam daşıyıb. Çünki onun oğlu 2005-ci ildə Azərbaycanın paytaxtında keçirilən "Heydər Əliyev kuboku" beynəlxalq turnirində boks üzrə bürünc medal qazanıb. Azərbaycana səfər Fəruxun həyatının son səfəri olub. Vətənə qayıdandan ay yarım sonra o, elektrik cərəyanı vurması səbəbindən faciəvi surətdə vəfat edib. O vaxtdan 14 il keçib. 

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi - Sputnik Azərbaycan
FOTO
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi
Onun atası isə ilk dəfə oğlunun faciəvi ölümündən əvvəl həyatının sonuncu qələbəsini qazandığı məntəqədə - Bakı şəhərində olmaq imkanı əldə edib.

"2005-ci ildən bu yana Bakıya gəlmək və oğlumun sonuncu dəfə xarici səfərdə olduğu yeri ziyarət etmək barədə çox düşünmüşəm. Şükür Allaha ki, 14 ildən sonra mənim üçün belə bir imkan yarandı və mən Qazaxıstan yığmasının heyətində bura gəldim. Bakıda oğlumun gəzdiyi, Fəruxun xoşbəxt göründüyü şəkillərini çəkdirdiyi yerləri ziyarət etmək mənim üçün müqəddəs iş idi", - deyə Şanazarov bildirib.

Müslüm Şanazarov həmin şəkillərə baxaraq ona oğlunun olduğu yerləri tapmaqda köməklik göstərən Bakı mundialının könüllülərinə də minnətdarlığını bildirib.

"Yarış başlamazdan qabaq mən də həmin yerlərə gedərək eynən oğlum kimi oralarda şəkil çəkdirdim. Bu, onun xatirəsi üçün idi... Fərux mənim üçün çox şeyi ifadə edir. Məktəbi bitirəndən dərhal sonra o, elektrik cərəyanı vurması səbəbindən öldü. O, tezliklə Londonda keçirilən dünya çempionatında iştirak etməli idi. Yeri gəlmişkən, onun daha əvvəl qalib gəldiyi və London mundialında mükafat qazanan rəqibləri hamısı qeyd etmişdilər ki, əgər Fərux bu çempionatda çıxış etsəydi, dünya çempionu olacaqdı", - deyə yanğılı ata bildirib.

Şanazarovun sözlərinə görə, onun böyük oğlu Bakı haqqında çox isti danışırdı, şəhərdə hökm sürən atmosfer onun xoşuna gəlmişdi, sakinlərin mehriban davranışlarına, xeyirxahlığına valeh olmuşdu.

"Bütün bunları xatırlayaraq mən bu şəhəri ziyarət etməyi, Bakının havasını udmağı, Fəruxun olduğu atmosferi hiss etməyi arzulayırdım. Özüm də əmin oldum ki, mehribanlıq, qonaqpərvərlik və nəzakət yerli sakinlər üçün xasdır. Bakıda müasir tendensiyalarla dərin ənənələrin sıx surətdə əlaqələndiyi bütün Azərbaycanın ruhu duyulur. Bütün bakılılar qədim şəhər - İçərişəhər barədə hərarətlə danışırlar. Gördüm ki, nə qədər turist özlərinə qarşı istehlakçı münasibəti deyil, xoş niyyətli və nəzakətli davranışları hiss edirlər. Buradan suvenir alanların hamısı özləri ilə Azərbaycan tarixindən bir parça götürürlər", - Şanazarov deyib.

Qeyd edək ki, Müslüm Şanazarovun mərhum oğlu qısa ömründə təkcə boksçu olmayıb. O, orta məktəbi bitirəndən dərhal sonra üç ali məktəbə daxil olub. Amma onun tələbə olmağa ömrü çatmayıb. Fərux Şanazarovun oxuduğu gimnaziyada onun xatirə lövhəsi qoyulub, Şımkent küçələrindən birinə onun adı verilib.

Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Boks Federasiyasında maaş qalmaqalı yaşanır, rəhbərlik isə iddiaları təkzib edir

"Çox istəyərdim ki, bütün valideynlər öz uşaqlarının gələcəyini xoşbəxt görsünlər. Heç kəsə bizim ailənin yaşadıqlarını yaşamaq nəsib olmasın. Həyatda övladların valideynlərini dəfn etməsi normal haldır, bunun əksi isə deyil...", - Şanazarov doluxsunaraq əlavə edir.

Baxmayaraq ki, o məşum faciədən 14 il ötüb, həmsöhbətimizə mərhum oğlu haqqında danışmaq asan olmadı. Bəzən onun gözləri yaşla dolurdu. Ancaq eyni zamanda, Müslüm Şanazarovun oğlu və onun Bakıda olduğu dövr barədə ürək dolusu danışmaq istədiyi də hiss olunurdu. İnanmaq istəyirik ki, oğlunun son dəfə xarici səfərdə olduğu Azərbaycanın paytaxtı Bakını ziyarət etmək az da olsa Şanazarova mənəvi rahatlıq gətirib.

Xəbər lenti
0