Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: Səkkiz oyunda 21 qol

© REUTERS / Denis BalibouseÇempionlar Liqası
Çempionlar Liqası - Sputnik Azərbaycan
Abunə olmaq
Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub

BAKI, 18 sentyabr — Sputnik. “Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, ilk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. "G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub.

"F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.

Çempionlar Liqası yeni topu - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqası təqdim etdi – Yeni mövsümdə yeni top

Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2. Matçda 19 yaşlı norveçli Erlinq Hollan ilk yarıda het-trikə imza atıb.

"Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.

"H" qrupunun paralel keçirilən matçı "Ayaks" və "Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0.

Çempionlar Liqası. I tur

"E" qrupu

"Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2

"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0

F Qrupu

"Borussiya D" (Almaniya) - "Barselona" (İspaniya) - 0:0

"İnter" - "Slaviya" - 1:1

G Qrupu

"Benfika" (Portuqaliya) - "RB Leypsiq" (Almaniya) - 1:2

"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

H Qrupu

"Çelsi" (İngiltərə) - "Valensiya" - 0:1

"Ayaks" (Niderland) - "Lill" - 3:0

Xəbər lenti
0