Futbolçu Arda Turan

Arda Turan ağır cəzadan qurtuldu

12
(Yenilənib 16:20 11.09.2019)
Bir müddət öncə Arda haqqında silahlı hədə-qorxu, sənədsiz silah saxlama, qəsdən xəsarət yetirmə maddələri ilə günahkar bilinərək 2 il 8 ay 15 gün müddətində azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb

BAKI, 11 sentyabr — Sputnik. Türkiyənin tanınmış futbolçusu, "Başakşehir" futbol klubunun yarımmüdafiəçisi Arda Turan və müğənni Berkay Şahin arasında baş vermiş davanın məhkəməsi davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Ardaya hökm oxunub. Üçüncü dəfə keçirilən məhkəmədə futbolçu bəraət alıb. Bir müddət öncə Arda haqqında silahlı hədə-qorxu, sənədsiz silah saxlama, qəsdən xəsarət yetirmə maddələri ilə günahkar bilinərək 2 il 8 ay 15 gün müddətində azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Məhkəmə hökmün elan olunmasını müvəqqəti olaraq təxirə salmışdı. Qərardan dərhal sonra futbolçu yazılı açıqlama verərək bildirib ki, "Türk ədaləti bu ağır ittihamların çirkin bir iftira olduğuna qərar verdi".

Türkiyənin tanınmış futbolçusu, Başakşehir futbol klubunun yarımmüdafiəçisi Arda Turan və müğənni Berkay Şahin arasında baş vermiş davanın məhkəməsi
Türkiyənin tanınmış futbolçusu, "Başakşehir" futbol klubunun yarımmüdafiəçisi Arda Turan və müğənni Berkay Şahin arasında baş vermiş davanın məhkəməsi

Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarının birində Berkay Şahinlə davada onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.

12