Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov, arxiv şəkli

Axşam yaxşı "tamaşa" var: xorvatlar Bakıya gəliblər

55
(Yenilənib 11:11 09.09.2019)
Millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında məğlub olub

BAKI, 9 sentyabr — Sputnik. Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Yuventusun futbolçusu Kriştiano Ronaldo
© AP Photo / Antonio Calanni

Sputnik Azərbaycan xəbər verir ki, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 20:00-da başlayacaq. Oyunu isveçrəli hakim Sandro Şerer idarə edəcək.

E qrupunun digər görüşündə isə Slovakiya Macarıstanın qonağı olacaq. Millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında məğlub olub.

Qeyd edək ki, Xorvatiya ilə səfər oyununda komandamız 2:1 hesabı ilə məğlub olmuşdu. İndiyə qədər komandalar arasında keçirilən 3 görüşdə yığmamız bir oyun bərabərə qalsa da, iki oyunu uduzub. Komandamız rəqib qapısından 1 top keçirə bilsə də, öz qapısında 8 qol görüb.

55
Teqlər:
Avropa çempionatı, Azərbaycan milli komandası, milli komanda, futbol
Əlaqədar
Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi
Futbolumuzun əfsanəsi: "Bəzi futbolçular meydançada yox, ondan kənarda "oynayır"
Millimiz sübut etdi: iki qol da vura bilir. Bəs niyə həmişə rəqib sevinir? - FOTO
"Qarabağ"la oyunun bileti hədiyyə paketinə salındı

“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi

19
(Yenilənib 14:19 12.07.2020)
“Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib

BAKI, 12 iyul — Sputnik. Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

© Photo : REPORT
İlqar Quluzadə

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı
Bobbi Çarlton, arxiv şəkli

Daha bir canlı tarix əbədiyyətə qovuşdu

16
(Yenilənib 15:19 11.07.2020)
Cek Çarlton Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub

BAKI, 11 iyul — Sputnik. Britaniya yığmasının keçmiş futbolçusu Bobbi Çarltonun böyük qardaşı Cek Çarlton 85 yaşında vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, idmançı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu barədə onun 23 il müddətində çalışdığı "Lids" futbol klubundan məlumat verilib.

Çarlton ümumilikdə 773 oyunda iştirak edib. Futbolçu Böyük Britaniya çempionatında, Böyük Britaniya Kubokunda, Böyük Britaniya superkibokunda, İngiltərə Liqa Kuboku və Sərgilər Kubokunda qələbə qazanıb.

O, böyük Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub.

O eyni zamanda "Şeffild Uensdey", "Midlsbro" , "Nyukasel" klublarlnda məşqçi kimi çalışıb.

İrlandiya millisinin məşqçisi kimi komandanı 1990 və 1994-cü illər dünya çempionatlarının finallarına aparıb.

16
Almaniyada polis, arxiv şəkli

Ox-yayla silahlanmış kişi dörd polisi tapançasız qoydu

0
Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib

BAKI, 12 iyul — Sputnik. Almaniyada bu gün qəribə hadisə yaşanıb. Günün ikinci yarısında Oppenau şəhərində polis geniş əməliyyatına başlayıb.

Sputnik Azərbaycan Baden Online-a istinadən bildirir ki, 100-dən çox polis və bir neçə patrul maşını 31 yaşlı kişini axtarırlar. Üç polis helikopteri də axtarışa cəlb edilib.

Məlum olub ki, yerli vaxtla 9:30-da dörd polis nəfəri meşədəki daxmada ox-yayla silahlanmış adam görüb. O, əvvəlcə özünü adekvat aparırmış, sonra isə qəfildən tapança çıxararaq polislərə doğru yönəldib. Polislər qəfil hərəkətdən çaşıblar, kişi isə onların hamısının silahlarını alaraq meşəyə qaçıb.

​Mittelbadische Press nəşri yazıb ki, şübhəli şəxs meşədə yaşayır. Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib.

​Axtarışlarda istilik kamerasının da istifadə olunmasına rəğmən şübhəli hələ də tutulmayıb.

 

0