BAKI, 8 sentyabr — Sputnik. Həbib Nurməhəmmədov şənbə günü amerikalı Dastin Puaryeni oktaqonda məğlub edərək Universal Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempion titulunu qoruyub.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, Əbu-Dabidə keçirilən döyüş üçüncü raundda Həbibin boğma fəndi ilə rəqibini məğlub etməsi ilə nəticələnib.
Nurməhəmmədov karyerasında 28-ci qələbəsini qazanıb. Onun məğlubiyyəti yoxdur. Dastin Puarye üçün isə bu? 25 qələbə qarşısında 6-cı məğlubiyyəti olub.
BAKI, 13 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı qadın voleybolçu Yekaterina Jidkova Macarıstan çempionatının gümüş medalına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, voleybol üzrə qadın milli komandamızın üzvünün çıxış etdiyi "Bekeşçaba" klubu ilə "Fatuma" klubu arasında final görüşü baş tutmayıb.
Belə ki, final görüşü "Bekeşçaba" klubu üzvləri arasında koronavirusa yoluxma hallarının artması üzündən təxirə salınıb.
Ən yaxşı halda final görüşü şənbə günü, aprelin 17-də baş tuta bilərdi. Belə ki, Avropa Voleybol Konfederasiyasının reqlamentinə əsasən, milli çempionatlar aprelin 18-nə qədər başa çatmalıdır.
Nəticədə, "Bekeşçaba" texniki məğlubiyyətə uğrayaraq milli çempionatda gümüş medallarla kifayətlənməli olub.
Klubun üzvlərindən kimin xəstələnməsi, Jidkovanın da koronavirusa yoluxub-yoluxmaması barədə məlumat hələ ki yoxdur.
Xatırladaq ki, Macarıstan çempionatının yarımfinal oyununda Jidkovanın çıxış etdiyi klub "Kopoşvari" klubuna 3:1 hesabı ilə qalib gəlib.
BAKI, 12 aprel — Sputnik, Teymur Tuşiyev. Qarışıq əlbəyaxa döyüşlər üzrə həmyerlimiz Nəriman Abbasov Moskvada yüngül çəkidə (70,3 kq) "AMC Fight Nights" çempionluq kəmərini müdafiə edib. Sputnik Azərbaycan xəbər verir ki, rusiyalı idmançı Şamil Amirov üzərində texniki nokautla qələbə qazanan həmyerlimiz artıq eyni titulu ikinci dəfədir ki müdafiə edir.
Qeyd edək ki, görüşün ilk iki raundunda idmançımız çətinlik çəkib. Çünki sərbəst güləş üzrə keçmiş Avropa çempionu olmuş Amirov görüş ərzində dəfələrlə mübarizəni döşək üzərinə keçirməyə cəhd edib.
Abbasov isə zərbə fəndlərinə daha çox üstünlük verdiyi üçün rəqibini daim ayaq üstə məsafədə saxlamağa çalışıb.
İkinci raundda parterdə olduğu halda rəqibinə zərbə endirməyə imkan tapmış Abbasov daha sonra üstə çıxaraq onu zərbə atəşinə tutub. Bu raundda rusiyalı idmançını xilas edən raundun bitməsi haqqında zəngin səsi olub.
Görüşün üçüncü hissəsində isə Abbasov demək olar ki, artıq müqavimət göstərməyən rəqibini şapalaqlamaqda davam edib. Raundun ortalarında Amirovun köməkçiləri yetirmələrinin məğlubiyyətini qəbul edərək rinqə dəsmal tullayıblar.
Qeyd edək ki, Abbasovun çempionluğun müdafiəsi uğrunda ilk görüşü ötən ilin sentyabrında olub. Həmin qarşılaşmada həmyerlimiz digər rusiyalı Mixail Qoqitidzeni məğlub edib. Çempionluq kəmərini isə Abbaasov 2019-cu ildə qazaxıstanlı idmançı Kaut Xamidov üzərində xal hesabı ilə qələbədən sonra qazanıb.
BAKI, 13 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 12-də respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.