Mahir Əmrəli vurduğu qolu qeyd edir

Millimiz sübut etdi: iki qol da vura bilir. Bəs niyə həmişə rəqib sevinir? - FOTO

62
(Yenilənib 00:56 07.09.2019)
Uelsdə, Kardiff şəhər stadionunda keçirilən oyunda 3 qol vurulub

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycan millisi növbəti oyununu keçirib.

Sputnik Azərbaycan bildirir ki, AVRO-2020-nin seçmə mərhələsində xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi olduğu komandamız 4-cü oyununa çıxıb.

Uelsdə, Kardiff şəhər stadionunda keçirilən oyunda 3 qol vurulub. 

Hesabı millimizin üzvü Pavel Paşayev (26`) açıb. Amma bu, avtoqol olduğundan uelsliləri sevindirib.

  • Azərbaycan millisinin məşqçisi Nikola Yuryeviç Uels-Azərbaycan oyununda
    Azərbaycan millisinin məşqçisi Nikola Yuryeviç Uels-Azərbaycan oyununda
    © REUTERS / ANDREW COULDRIDGE
  • Qaret Beyl Azərbaycana qol vurur
    Qaret Beyl Azərbaycana qol vurur
    © REUTERS / ANDREW COULDRIDGE
  • Qaret Beyl Uels millisinin qələbə qolunu vurub
    Qaret Beyl Uels millisinin qələbə qolunu vurub
    © REUTERS / REBECCA NADEN
1 / 3
© REUTERS / ANDREW COULDRIDGE
Azərbaycan millisinin məşqçisi Nikola Yuryeviç Uels-Azərbaycan oyununda

Mahir Emrelinin bərabərlik qoluna (59`) ümid edən millimizi Qaret Beyl oyunun sonuna 6 dəqiqə qalmış (84`) məyus edib.

Beləliklə, Xorvatiya (1:2), Macarıstan (1:3) və Slovakiya (1:5) ilə oyunlardan sonra Azərbaycan millisi dördüncü məğlubiyyətlə barıışmalı olub.

62