Futbolçunun kölgəsi

"Qarabağ"la oyunun bileti hədiyyə paketinə salındı

364
(Yenilənib 12:36 05.09.2019)
İlk olaraq sentyabrın 13-də abunə və ya üzvlük kartı olanlar üçün bilet satışı təşkil olunacaq

BAKI, 5 sentyabr — Sputnik. "Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ" , "Sevilya" və APOEL ilə "Jozi Bartel" stadionunda keçiriləcək ev oyunları üçün biletlərin qiyməti açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, qiymətlər sektorlardan asılı olaraq 75, 100 və 150 avro arasında dəyişəcək.

İlk olaraq sentyabrın 13-də abunə və ya üzvlük kartı olanlar üçün bilet satışı təşkil olunacaq. Digər şəxslər isə bilet əldə etmək üçün bir gün gözləməli olacaqlar. Belə ki, üzvlüyü olmayanlar üçün biletlər sentyabrın 14-ü satışa çıxarılacaq. Bundan əlavə, hədiyyə qismində biletlər satılacaq. Bu dəfə azarkeşlər Avroliqanın 3 oyununa bileti birdən əldə edə biləcəklər.

Qeyd edək ki, Lüksemburq təmsilçisi ilk oyunu 3 oktyabrda "Qarabağ" klubuna qarşı keçirəcək. 3 il öncə klublar arasında baş tutan oyunlarda "Qarabağ" evdə 2:0 qalib gəlsə də, səfərdə rəqiblə sülhlə ayrılmışdılar 1:1.

364
Teqlər:
bilet, futbol, Avropa Liqası, "Qarabağ" FK
Əlaqədar
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
"Qarabağ"ın rəqibi ulduz futbolçunu transfer etdi
İdman şərhçisi “Qarabağ”ın Avroliqanın qrupundakı şanslarını dəyərləndirdi