Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıya gəlmək istəməyən futbolçu “istəyinə” çatdı – Komandadan qovuldu

© AFP 2023 / BEN STANSALLErmənistan əsilli yarımmüdafiəçi Henrix Mxitaryan, arxiv şəkli
Ermənistan əsilli yarımmüdafiəçi Henrix Mxitaryan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyanın "Roma" futbol klubu "Arsenal"ın yarımmüdafiəçisi Henrix Mxitaryanı icarəyə götürür.

BAKI, 2 sentyabr — Sputnik. Londonun "Arsenal" klubu bu ilin mayında futbol üzrə Avropa Liqasının final matçında iştirak üçün Bakıya gəlməkdən imtina edən Ermənistan əsilli yarımmüdafiəçi Henrix Mxitaryanın xidmətindən imtina edib.

Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
İDMAN
AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıda keçirilən final matçının iştirakçısı olan London "Arsenal"ı erməni futbolçunu İtaliyanın "Roma" klubuna icarəyə verir. "Sky Sports" nəşri yazıb ki, futbolçu bu gün, sentyabrın 2-də italyan klubunun rəsmi ofisində olub və yaxın vaxtlarda saziş imzalamaq niyyətindədir.

Qeyd edək ki, İngiltərə premyer-liqasında tranfer pəncərəsi avqustun 8-də bağlanıb. Amma Avropa milli çempionatlarının, o cümlədən "A" seriyasının transfer pəncərəsi hələ açıqdır.

İngilis klubları artıq oyunçu almaq hüququna malik deyillər, lakin onları digər Avropa klublarına sata bilərlər. Mxitaryanın London "Arsenal"ı ilə müqaviləsi 2020-2021-ci il mövsümünün sonunadək nəzərdə tutulub, lakin minimum yaxın mövsümü o, İtaliyada keçirəcək.

Mxitaryanın "Roma"ya transferini İtaliya klubu da təsdiqləyib. Klubun rəsmi "Facebook" səhifəsində futbolçunun şəkli yerləşdirilib.

Xatırladaq ki, erməni yarımmüdafiəçi mayın 29-da Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final matçında "təhlükəsizlik səbəbi"ni bəhanə gətirərək iştirak etməyib. Baxmayaraq ki, Avropa Liqasının Bakı finalının təşkilatçıları və UEFA bunun üçün Mxitaryana bütün lazımi zəmanəti vermişdi. Avropa Liqasının Bakıda keçirilən final matçında "Arsenal" digər London klubu olan rəqibi "Çelsi" tərəfindən 1:4 hesabı ilə darmadağın edilib.

Xəbər lenti
0