Futbolçunun kölgəsi

Komandası qalib gələn məşqçi sevinərkən öldü

49
(Yenilənib 23:44 28.08.2019)
Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb

BAKI, 29 avqust — Sputnik. İngiltərənin "Sliford Reyncers" futbol klubunun baş məşqçisi Cim Peysi komandasının qələbəsinə sevinərkən ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Lincolnshire Live yazıb.

"Reyncers"in futbolçuları regional liqada "Briqq Taun"u mə]lub edərək rəsmi oyunlarda ilk qələbələrini qazanıblar. 50 yaşlı mütəxəssis qələbəni komanda ilə birgə qeyd etmək üçün sahəyə qaçıb. Ancaq qəfil huşunu itirərək yıxılıb.

Həkimlər ona kömək etməyə çalışsalar da, həyatını qurtarmaq mümkün olmayıb.

​"Bizim içimizdə bir boşluq yaranıb. Peysinin əzizlərinə başsağlığı və sevgilərimizi çatdırır, mərhumun ailəsini narahat etməməyinizi xahiş edirik", - "Sliford Reyncers"in sosial şəbəkələrdə yaydığı bəyanatda deyilir.

Peysi klubun yaradıcısı və əfsanəsi sayılır. O, həm böyüklərin, həm də kiçiklərin komandası ilə məşğul imiş.

49
Teqlər:
Böyük Britaniya, İngiltərə, ölüm, baş məşqçi, futbol
Bobbi Çarlton, arxiv şəkli

Daha bir canlı tarix əbədiyyətə qovuşdu

10
(Yenilənib 15:19 11.07.2020)
Cek Çarlton Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub

BAKI, 11 iyul — Sputnik. Britaniya yığmasının keçmiş futbolçusu Bobbi Çarltonun böyük qardaşı Cek Çarlton 85 yaşında vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, idmançı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu barədə onun 23 il müddətində çalışdığı "Lids" futbol klubundan məlumat verilib.

Çarlton ümumilikdə 773 oyunda iştirak edib. Futbolçu Böyük Britaniya çempionatında, Böyük Britaniya Kubokunda, Böyük Britaniya superkibokunda, İngiltərə Liqa Kuboku və Sərgilər Kubokunda qələbə qazanıb.

O, böyük Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub.

O eyni zamanda "Şeffild Uensdey", "Midlsbro" , "Nyukasel" klublarlnda məşqçi kimi çalışıb.

İrlandiya millisinin məşqçisi kimi komandanı 1990 və 1994-cü illər dünya çempionatlarının finallarına aparıb.

10
Canni De Byazi, arxiv şəkli

Tək gəlmir: de Byazi köməkçilərini gətirəcək

3
De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq

BAKI, 11 iyul – Sputnik. Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.

3
 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi VİDEO

0
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri əməliyyatla bağlı birgə məlumat yayıblar.

BAKI, 11 iyul – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. 

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri bununla bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

0