Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ulduz futbolçu hamını şoka saldı - iki həftəyə maksimum "nəticə" - VİDEO

© AFP 2023 / KARIM JAAFARHollandiyanın tanınmış futbolçusu Sneyder
Hollandiyanın tanınmış futbolçusu Sneyder - Sputnik Azərbaycan
Abunə olmaq
İki həftə öncə futbol karyerasına son qoyan ulduz futbolçu həddindən çox kökəlib

BAKI, 26 avqust — Sputnik. Hollandiyanın tanınmış futbolçusu Sneyder həddindən artıq çəki alıb. Sputnik Azərbaycan xəbər verir ki, iki həftə öncə futbol karyerasına son qoyan ulduz futbolçu həddindən çox kökəlib. Sneyderin məlum açıqlamasından sonra onun agenti Qvido Albers "Uesli Sneyder yenidən yaşıl meydanlara qayıda bilər" söyləmişdi. Amma sosial şəbəkələrdə yayılmış fotolardan da göründüyü kimi, futbolçu azad həyatından razıdır və heç də geri dönüş etmək fikrində deyil.

Qeyd edək ki, holland futbolçu son olaraq Qətərin "Əl-Qərəfə" klubunda oynayıb. Buna qədər o, "Ayaks"da 180, "Real"da 66, "İnter"də 116 və "Qalatasaray"da 175 oyun keçirib. Futbolçu klub karyerası boyu 135 dəfə rəqibləri məyus etməyi bacarıb.

Xəbər lenti
0