Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Amerikalılar şokda: son 13 ildə onları məğlub edən olmamışdı - VİDEO

Abunə olmaq
ABŞ millisi bundan əvvəl 2006-cı ildə yunanlara məğlub olub

BAKI, 24 avqust — Sputnik. ABŞ-ın basketbol üzrə milli yığması yoldaşlıq oyununda avstraliyalı rəqiblərinə 98:94 hesabı ilə məğlub olublar.

Sputnik Azərbaycan "USA Today" nəşrinə istinadən xəbər verir ki, bu, son 13 ildə ABŞ millisinin ilk məğlubiyyəti olub.

Sözügedən oyun bu il keçiriləcək Dünya Kuboku yarışlarına hazırlıq çərçivəsində komandalar arasında keçirilmiş ikinci görüş olub. Birinci oyunda amerikalılar güclü olublar.

Dünya kuboku Çində keçiriləcək. Turnir avqustun 31-də başlayacaq.

ABŞ millisi bundan əvvəl 2006-cı ildə yunanlara məğlub olub.

Xəbər lenti
0