Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Oyunçusunu başından edir - üstündə də 36 milyon

© AP Photo / Jon Super"Qırmızı şeytan"ların yarımmüdafiəçisi Sançes
Qırmızı şeytanların yarımmüdafiəçisi Sançes - Sputnik Azərbaycan
Abunə olmaq
Hal-hazırda Sançes "Mançestr Yunayted"də bir həftəyə 500 min funt sterlinq qazanır

BAKI, 23 avqust — Sputnik. "Qırmızı şeytan"ların yarımmüdafiəçisi Sançes "İnter"ə keçdiyi təqdirdə 36 milyon funt sterlinq əldə edə bilər. Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, klublar oyunçunun bir illik icarə məsələsini müzakirə edirlər. "İnter" çilili oyunçunun keçidini bu həftəsonu həll etmək fikrindədir. 

Kriştiano Ronaldo Yuventusun məşqləri zamanı. 5 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
İDMAN
Ronaldu reklama görə rəqs etdi
Onlar həmçinin müqavilədə futbolçunun gələcəkdə alınması şərtinin də əks olunacağına ümid bəsləyirlər. "İnter" klubu daimi müqavilə bağlanacağı təqdirdə oyunçuya həftəlik 150 min funt sterlinq ödəməyə hazırdır. Hal-hazırda Sançes "Mançestr Yunayted"də həftəyə 500 min funt sterlinq qazanır. O özü isə aşağı maaş müqabilində keçidin əleyhinədir.

Ola bilər ki, Sançesin "İnter"də keçirəcəyi iki mövsüm müddətində "MY"-nin yaranmış fərqi ödəməsi ilə bağlı bənd müqaviləyə əlavə olunsun. Belə olan halda, ingilis klubu 36 milyon funt sterlinq "tərləməli" olacaq.

Xəbər lenti
0