Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - APOEL oyununa baxmaq istəyənlər tələsməlidir

© Facebook / Qarabağ FKИгроки ФК Карабах
Игроки ФК Карабах - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ"la APOEL-in növbəti qarşılaşmasına üç gün qalıb, biletlərin isə yarısı satılıb

BAKI, 10 avqust — Sputnik. Ağdamın "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL komandası ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

Klubun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq bu oyuna 15 mindən artıq bilet satılıb. Biletlərin ən ucuzunun qiyməti 2 manatdır. Oyunu VİP sektorundan izləmək istəyənlər üçün biletlərin qiyməti 50 manatdır. Bununla belə, satışda yerlərə uyğun olaraq 5-10 manatlıq biletlər də var.

"Qarabağ"-APOEL komandalarının Bakıda keçiriləcək cavab qarşılaşmasını izləmək istəyənlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik" Mall, 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, 2 və 3 saylı (Yasamal, "AMAY T/M) ASAN xidmət mərkəzlərindən əldə edə bilərlər. Onlayn bilet almaq istəyənlər isə İticket.az saytına müraciət etsinlər.

Sözügedən oyun avqustun 13-də saat 20:30-dan başlayaraq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Bu stadionun tamaşaçı tutumu 31 200 nəfərdir. Biletlərin oyuna az qalmış daha çox satılacağı proqnozlaşdırılır.

Avqustun 6-da Kiprdə keçirilən ilk qarşılaşmanın 54-cü dəqiqəsində Mahir Emreli hesabı açıb - 1:0. 70-ci dəqiqədə Queye hesab arasındakı fərqi artırıb - 2:0. Oyunun artırılmış 5-ci dəqiqəsində Merkis hesab arasındakı fərqi azaldıb. Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 2:1.

Xəbər lenti
0