CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neftçi" "Arsenal"ı darmadağın edib mərhələ adladı

© Sputnik / Murad Orujov"Neftçi" - "Arsenal" (Tula) oyunundan fraqment
Neftçi - Arsenal (Tula) oyunundan fraqment - Sputnik Azərbaycan
Abunə olmaq
"Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

BAKI, 1 avqust — Sputnik. Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Sputnik Azərbaycan bildirir ki,  Bakının “Neftçi” klubu "Bakcell Arena"da Rusiyanın "Arsenal" klubu ilə cavab oyunu keçirib.

"Ağ-qaralar" Tuladakı matçda qazandığı qələbə ilə (1:0)  böyük üstünlük əldə edib. Doğma divarlar arasındakı oyunda Bakı klubu Rusiya komandasını 3:0 hesabı ilə darmadağın edib. 

Qolları Rauf Əliyev (49`), Dario Federiko (89` - pen.) və Mamadu Mbodj (90`+3) vurublar. 

"Neftçi" 3-cü mərhələdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Xəbər lenti
0