Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Konor Həbiblə döyüşünü yada saldı: "Mənə cəza verməliydi"

© AP Photo / John LocherБой Конора МакГрегора против Хабиба Нурмагомедова UFC в Лас-Вегасе, 2018 год
Бой Конора МакГрегора против Хабиба Нурмагомедова UFC в Лас-Вегасе, 2018 год - Sputnik Azərbaycan
Abunə olmaq
İrland döyüşçü indi də hakimə sataşdı

BAKI, 29 iyul — Sputnik. Qarışıq döyüş növlərində (MMA) çıxış edən irlandiyalı Konor Makqreqor Twitter hesabında rusiyalı Həbib Nurməhəmmədovla görüşünü yada salıb.

Sputnik Azərbaycan bildirir ki, Konor həmin döyüşün referisi Herbi Dinə müraciət edərək, rəqibinə qarşı qadağan olunmuş zərbə tətbiq etdiyini bildirib.

"Mən parterdə Həbibi dizimlə vurduğum zaman Herb onun göz almacığını yoxlamalı idi. Mən birbaşa onun gözünə vurmuşdum. Amma hiyləgər tərpəndim və cəza almadım", - Konor yazıb.

​Xatırladaq ki, Həbiblə Konor arasında döyüş ötən ilin oktyabrında Las-Veqasda baş tutub. Yüngül çəkidə UFC çempionu  adı uğrunda döyüşdə Həbib ağrı fəndi işlədərək qalib gəlib. Bundan sonra oktaqonda kütləvi dava düşüb. Hər iki idmançı davaya qatıldığından sonradan diskvalifikasiya almışdı.

Nurməhəmmədov MMA-ya sentyabrın 7-də qayıdacaq: o, Abu-Dabidə ABŞ idmançısı Dastin Porye ilə qarşılaşacaq. Makqreqorun sonrakı döyüşünün vaxtı bəlli deyil.

Xəbər lenti
0