Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, arxiv şəkli

Dünyanın on şahmat dühasından biri azərbaycanlı oldu

729
(Yenilənib 20:22 23.07.2019)
FİDE-nin ikinci Qran-prisinin finalında Şəhriyar Məmmədyarov fransız rəqibi Maksim Vaşye-Laqravı 28 gedişə darmadağın edib

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 23 iyul — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Riqada Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Qran-prisinin ikinci mərhələsindəki uğurlu çıxışı hesabına cari dünya reytinqinin ilk onluğuna daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla da azərbaycanlı oyunçu öz adını dünyanın günümüzdəki on şahmat dahisinin siyahısına yazdıra bilib.

Xatırladaq ki, Məmmədyarov Latviyanın Riqa şəhərində keçirilən FİDE-nin ikinci Qran-prisinin finalına çıxıb və həlledici matçın birinci partiyasında fransalı Maksim Vaşye-Laqrav üzərində qələbə qazanıb. 

Şəhriyar fransız rəqibini 28 gedişdə darmadağın edib. Bu qələbə sayəsində həmyerlimiz aktivinə 3,5 bal əlavə edib və 2768,5 xalla dünya reytinqində səkkizinci pilləyə yüksəlib.

Qeyd edək ki, FİDE Qran-prisinin Riqa mərhələsinə start verilməmişdən qabaq Məmmədyarov bu reytinqdə 14-cü pillədə qərar tuturdu. Lakin partiyalarda vaxta klassik nəzarət etməklə Daniil Dubov (Rusiya), Uesli So (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanması sayəsində o, yenidən reytinqin ilk onluğuna qayıdıb.

Lakin digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbov planetin ən yaxşı şahmatçılarının ilk onluğunda dayana bilməyərək, 2758,2 xalla 12-ci sıraya düşüb.

Hazırda dünya reytinqinin ilk onluğunda bu şahmatçılar dayanır: 1. Maqnus Karlsen (Norveç, 2881,7), 2. Fabiano Karuana (ABŞ, 2817,8), 3. Din Lijen (Çin, 2798,4), 4. Aniş Qiri (Hollandiya, 2778,7), 5. Uesli So (ABŞ, 2776,3), 6. Yan Nepomnyaşiy (Rusiya, 2773,8), 7. Maksim Vaşye-Laqrav (Fransa, 2773), 8. Şəhriyar Məmmədyarov (Azərbaycan, 2768,5), 9. Levon Aronyan (Ermənistan, 2765,2), 10. Lenyer Dominges (ABŞ, 2763).

729
Teqlər:
reytinq, şahmat, idman
Həbib Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədov Makronu sərt tənqid etdi

72
(Yenilənib 18:29 30.10.2020)
Həbib Nurməhəmmədov: "Yaradan söz azadlığı şüarı altında bir milyarddan çox müsəlmanın hisslərini incidən bu məxluqun və bütün davamçılarının üzünü çirkinləşdirsin"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron və hökumətinin İslam dininə qarşı mövqeyi və Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları dəstəkləməsi İslam ölkələrində böyük narazılığa səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov sözügedən məsələ ilə bağlı özünün "Instagram" hesabında paylaşım edib. Nurməhəmmədov Emmanuel Makronun şəklinin üzərində ayaq izi olan fotonu paylaşaraq bu sözləri yazıb: "Yaradan söz azadlığı şüarı altında bir milyarddan çox müsəlmanın hisslərini incidən bu məxluqun və bütün davamçılarının üzünü çirkinləşdirsin. Uca Allah onları bu həyatda da, axirətdə də alçaltsın. Allah ədalətlidir və siz onu görəcəksiniz. Biz müsəlmanıq, analarımızdan, atalarımızdan, övladlarımızdan, həyat yoldaşlarımızdan və qəlbimizə yaxın olan bütün insanlardan daha çox peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) sevirik. İnanın, bu təxribatlar özlərinə qayıdacaq, sonu həmişə Allahdan qorxanlar üçündür. Həqiqətən, Allahı və Rəsulunu təhqir edənlərə Allah dünyada və axirətdə lənət edib və onlar üçün alçaldıcı əzablar hazırlayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Khabib Nurmagomedov (@khabib_nurmagomedov)

Xatırladaq ki, oktyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlər verdikdən sonra bir çox müsəlman ölkələri Fransaya nota göndərib. Bəzi Yaxın Şərq ölkələri Fransa məhsullarını boykot edib.

72
Teqlər:
tənqid, Emmanuel Makron, Həbib Nurməhəmmədov
Əlaqədar
Fransalı aktyor Jerar Depardye müsəlmanlardan üzr istədi
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı
Dieqo Armando Maradona

Dieqo Maradona 60 yaşında

21
(Yenilənib 13:48 30.10.2020)
Dünya futbolunun əfsanəsi ad günü ərəfəsində verdiyi müsahibədə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", deyib.

BAKI, 30 oktyabr — Sputnik. Özünə xas davranış tərzi, danışıq üslubu ilə seçilən Argentina və dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona bu gün 60 yaşını qeyd edir. Sputnik Azərbaycan-ın Türkiyənin NTV Spor saytına istinadən verdiyi məlumata görə, 30 oktyabr 1960-cı ildə Buenos-Ayresdə dünyaya göz açan Maradona futbol karyerasına 9 yaşında ikən "Estrella Roxa" məhəllə komandasında başlayıb.

Gənc yaşlarından topla qıvraq davranışına görə insanların diqqətini çəkən argentinalı oyunçu qısa müddətdə "Los Cebollitas"a, oradan da "Argentinos Juniors"a transfer olunaraq hələ 16 yaşı tamam olmamış peşəkar müqaviləyə imza atıb.

Bununla belə, Dieqo Maradona əsl futbol karyerasına 1982-ci ildə transfer olduğu "Boca Juniors" komandasında başlayıb. Həmin komandada cəmi bir mövsüm oynadıqdan sonra İspaniyanın nəhəng Barselona klubu onun üçün minnətçi düşüb. Barselona həmin vaxt argentinalı futbolçuya o dövrün ən yüksək qonorarını – 5 milyon funt pul təklif edib. Maradona bu komandada iki mövsüm oynayandan sonra 6.9 milyon funt qarşılığında İtaliyanın Napoli komandasına transfer olunur.

1987-1988-ci illər futbol mövsümündə İtaliyanın bombardiri olan Maradona Napoli komandasının tərkibində 2 İtaliya Kuboku, İtaliya Super Kuboku, UEFA Avropa Liqası və 2 İtaliya Liqası çempionluğunu yaşayır.

Bununla belə, Dieqo Maradonanın futbol karyerasında ən yüksək zirvə onunda tərkibində çıxış etdiyi Argentina Milli Komandasının 1986-cı ildə Dünya Kubokunu qazanması olur. Həmin vaxt Argentina yığmasının Almaniya Federativ Respublikasını 3:2 hesabı ilə məğlub etdiyi final oyununa ev sahibliyi edən Azteka Stadionunda 115.000 tamaşaçı olub.

Çempionatın ən maraqlı anlarından biri isə dörddə bir final oyununda yaşanır. İngiltərə yığması ilə qarşılaşan Argentina milli komandası 2:1 hesabı ilə qalib gəlir və hər iki qolu Maradona vurur. Oyunçunun ilk topu qapıya əllə göndərməsi futbol aləmində böyük səs-küyə səbəb olur və tarixə düşür. Daha sonra iştirak etdiyi bir televiziya proqramında bu hadisəni şərh edən Maradona "O topu vuran Tanrının əli idi", – deyir.

Dünya futbolunun əfsanəsi bir neçə gün əvvəl jurnalistlərə verdiyi müsahibəsində isə "60 yaşımda İngiltərəyə sağ əlimlə daha bir qol vurmaq istəyirəm", – deyə bildirib.

Qeyd edək ki, yaşadığı stresli günlərdən sonra kokain istifadə etməsi Dieqo Maradonanın futbol karyerasını yoxuşa sürükləyən əsas amil olub.

21
(0:49 / 5.85Mb / просмотров видео: 3)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

0
(Yenilənib 14:41 31.10.2020)
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə