Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

© sputnik.azBakı Kristal Zalı
Bakı Kristal Zalı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan ev sahibi kimi Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır

BAKI, 20 iyul — Sputnik. Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeddi gün davam edəcək yarışda 48 ölkənin gənc idmançıları qüvvəsini sınayacaq.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmayacaq. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır.

Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarışın iştirakçısı olacaq. Onların çoxu artıq Bakıdadır və yarışın startını gözləyirlər.

Bakı yollarında sarı zolaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Festivalda 135 dəst medal sahibini tapacaq. Bu məqsədlə ümumilikdə 946 mükafat hazırlanıb. Onlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı bürüncdür.

Festivalın açılış mərasimi bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək tədbir “Crystal Hall”da təşkil ediləcək. İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq. İyulun 27-dəki bağlanış mərasimi də eyni məkana, eyni saata təsadüf edəcək.

1991-ci ildən keçirilən yarışı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edəcək. Gimnastikada 4, atletikada 18, basketbolda 12, velosiped idmanında 6, həndbolda 30, cüdo 12, üzgüçülükdə 6, tennisdə 4, voleybolda 12 və güləşdə 18 idmançımız mübarizə aparacaq.

Bunlar arasında həmişəki kimi əsas medal ümidlərimiz güləş və cüdo olacaq. Gimnastikada da təmsilçilərimiz favoritlər sırasında yer alıblar. Üzgüçülük və atletikaya gəlincə, ən çox medalın sahibini tapacağı bu iki növ Azərbaycan üçün heç də ənənəvi sayılmır. Amma doğma divarlar arasında mükafat qazansaq, bu, sensasiya kimi qəbul olunmayacaq. Eyni sözləri tennis və velosiped idmanına da aid etmək olar.

Новоизбранный президент УЕФА Александер Чеферин. Афины, 14 сентября 2016 года - Sputnik Azərbaycan
İDMAN
UEFA prezidenti Bakı finalı barədə: “Səhv olmayıb”

Əsas gərgin mübarizə isə komanda idman növlərində gedəcək. Təbii ki, burada Azərbaycan yığmalarının nəticə qazanmaları böyük uğur sayılacaq. Çünki basketbol, voleybol və həndbolda qitənin ən güclü yeddi komandası da mükafatlara iddia edəcək.

Bu üç növdə ölkəmiz 4 yığma ilə təmsil olunacaq. Həndbolda həm oğlanlar, həm qızlar mübarizəyə qoşulacaqsa, basketbol və voleybolda zərif cins nümayəndələrimiz kənarda qalacaqlar.

Ev sahibi olduğumuzu nəzərə alsaq, yığmamız medal sıralamasında əsas favoritlərlərdəndir. Ən azı ilk “üçlük”də qərarlaşacağı gözlənilən millimizin əsas rəqibi Rusiya olacaq.

Qeyd edək ki, festivala güləş və tennis yarışları ilə başlayacaq.

Xəbər lenti
0