Futbol topu, arxiv şəkli

"Qarabağ" mərhələ adladı

120
(Yenilənib 23:08 17.07.2019)
"Qarabağ" 2-ci mərhələdə "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək

BAKI, 17 iyul — Sputnik. Ağdamın "Qarabağ" klubu bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sputnik Azərbaycan bildirir ki, "Süvarilər" "Dalğa Arena"da Albaniyanın "Partizani" komandasını qəbul ediblər. Oyun 2:0 hesabı ilə Qurban Qurbanovun yetirmələrinin xeyrinə başa çatıb.

Qolları 51-ci dəqiqədə Filip Ozobiç, 90+4-də isə Dani Kintana vurub.

"Qarabağ"  2-ci  mərhələdə "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək

120
Teqlər:
qələbə, Çempionlar Liqası, Qarabağ fk, futbol