Boks üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Vaqif Şirinov

Beynəlxalq yarışda uğursuzluq baş məşqçinin sonunu gətirdi

502
(Yenilənib 10:48 10.07.2019)
Bu müddət ərzində məşqçinin başçılığı ilə komanda beynəlxalq turnirlərdə 14 medal qazanmağa nail olub

BAKI, 9 iyul — Sputnik. Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mütəxəssis öz şəxsi "Facebook" hesabında yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 3 illik fəaliyyətinin sona çatdığını bildirib. 64 yaşlı məşqçi, bu illər ərzində qazandığı uğurları qeyd edərək göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Vaqif Şirinov 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışıb. Bu müddət ərzində məşqçinin başçılığı ilə komandalar beynəlxalq turnirlərdə 14 medal qazana biliblər. Son turnirdə -  "Minsk 2019" II Avropa Oyunlarında Azərbaycan boks millisi yarışı 2 medalla başa vurub. Alfonso Dominges (81 kq) qızıl, Lorenso Sotomayor (69 kq) bürünc medala layiq görülüb.

502