Georgi Hacı

Türkiyə futboluna misilsiz xidmətlər göstərmiş əfsanəvi futbolçudan tarixi uğur

6
(Yenilənib 14:35 08.07.2019)
"Vitorul" tarixində ilk dəfə Rumıniya Superkubokunun qalibi olub

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Rumıniya Superkubokunun qalibi müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Buxarestdə keçirilən həlledici qarşılaşmada ötən mövsümün çempionu "ÇFR Kluj" ilə ölkə kubokunun qalibi "Vitorul" üz-üzə gəlib.

Andrey Arteanın vurduğu top Georgi Hacının baş məşqçisi olduğu "Vitorul"a qələbə qazandırıb – 1:0.

Bununla da, "Vitorul" tarixində ilk dəfə Rumıniya Superkubokunun qalibi olub.

Qeyd edək, Karpat Maradonası adını almış Hacı 2014-cü ildən "Vitorul" klubuna baş məşqçilik edir.

Klub 2016/2017-ci illər futbol mövsümündə ilk dəfə ölkə çempionu olmağı bacarıb. Georgi Hacı baş məşqçi olmaqla yanaşı, həm də sözügedən klubun sahibidir.

6