Lionel Messi Argentina millisində

Messi: "Hər şeyi Braziliya üçün edirlər"

61
(Yenilənib 21:21 07.07.2019)
"Futbol məhv edilib. Doğruları demək lazımdır"

BAKI, 7 iyul — Sputnik. Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunda komandasının mükafatlandırılması mərasiminə qatılmamasını səbəbini açıqlayıb.

Sputnik Azərbaycanın məlumatına görə, Messi hakimlərdən gileylənib: "Mən medal almağa getmədim, çünki biz korrupsiyanın və hörmətsizliyin bir hissəsi olmalı deyilik. Biz daha yaxşısına layiq idik, amma bizi finala çıxmağa qoymadılar. Korrupsiya ilə hakimlər insanlara oyundan həzz almağa imkan vermədi. Futbol məhv edilib. Korrupsiya və hakimlər bizi finala çıxmağa qoymadılar. Doğruları demək lazımdır".

​​"Braziliya Amerika Kubokunu qazanacaq? heç şübhəm yoxdur. Təəssüf ki, hər şeyin Braziliyanın qələbə qazanması üçün təşkil olunduğu fikrindəyəm. Ümid edirəm, hakimlər və VAR heç nəyə təsir etməzlər, Peru isə layiqli cavab ortaya qoyar, çünki komanda buna qadirdir. Ancaq görürəm ki, bu çox çətin olacaq", - deyə Messi proqnozunu da verib.

Argentina Amerika Kubokunda üçüncü yer uğrunda Çiliyə 2:1 hesabı ilə qalib gəlib. Messi birinci taymda meydandan qovulub. O, medal almağa çıxmayıb, mərasimdən sonra komanda ilə şəkil də çəkdirməyib.

61
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

2
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2

“Neftçi”nin keçmiş vitse-prezidenti COVID-19-dan vəfat etdi

30
(Yenilənib 14:19 12.07.2020)
“Neftçi” futbol klubunun keçmiş vitse-prezidenti İlqar Quluzadənin ölümünü Azərbaycan Cüdo Federasiyasının əməkdaşı təsdiqləyib

BAKI, 12 iyul — Sputnik. Bakının “Neftçi” futbol klubunun sabiq vitse-prezidenti İlqar Quluzadə koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan bu barədə klubun mətbuat xidmətinə istinadla məlumat verir.

© Photo : REPORT
İlqar Quluzadə

“Neftçi”nin sabiq funksionerinin vəfatı barədə ilk dəfə Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Rahim Məhərrəmov sosial şəbəkədə yazaraq onun ölüm səbəbi kimi COVID-19-a yoluxmasını qeyd edib.

İ.Quluzadə 2008-ci ilin iyununadək “Neftçi”nin icraçı direktoru işləyib, 2009-cu ilin sentyabrınadək isə paytaxt klubunun vitse-prezidenti olub.

“Neftçi” klubu İ.Quluzadənin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

30
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Rusiya COVID-19-la mübarizə aparmaq üçün Azərbaycana həkim briqadası göndərdi
Azərbaycanda daha bir İcra Hakimiyyətində iki məsul işçi COVID-ə yoluxub
Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı