Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi” əlindən buraxdı, "Qarabağ" aldı

© AFP 2023 / THOMAS KIENZLEAilton Silva
Ailton Silva - Sputnik Azərbaycan
Abunə olmaq
Braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq

BAKI, 3 iyul — Sputnik. "Qarabağ" yay fasiləsində ikinci transferinə hazırlaşır.

Президент ФИФА Йозеф Блаттер открывает конверт, чтобы показать, что Катар примет чемпионат мира по футболу 2022 года в штаб-квартире ФИФА в Цюрихе - Sputnik Azərbaycan
İDMAN
Platininin izi ilə: 2022-ci ilin futbol üzrə dünya çempionatı Qətərdən alına bilər

Sputnik Azərbaycan xəbər verir ki, bir müddətdir Ağdam təmsilçisi "Ştutqart"ın müdafiəçisi Ailton Silvanı heyətinə cəlb etmək üçün danışıq aparırdı. Artıq razılıq əldə olunub. Futbolçu bu gün klubun düşərgəsinə qoşulacaq. Braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

"Fluminense"nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi"nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar"dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril" (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniyanın "Ştutqart"ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən "Eştoril"ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliyanın "Braqa"sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

Xəbər lenti
0