CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın "qızıl" qızı: Minskdən növbəti şad xəbər gəldi

© REPORTAzərbaycanın qadın güləşçisi Mariya Stadnik
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik - Sputnik Azərbaycan
Abunə olmaq
İlk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə Mariya 7:1 hesabı ilə qalib gəlib

BAKI, 28 iyun — Sputnik. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin sonuncu dörd çəkidə medal qarşılaşmalarına start verilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, öncə 50 kq çəki dərəcəsində mükafatçılar bəlli olublar. Azərbaycan yığmasının lideri Mariya Stadnik qızıl medal uğrunda görüşə çıxıb.

© REPORTAzərbaycanın qadın güləşçisi Mariya Stadnik
Azərbaycanın qızıl qızı: Minskdən növbəti şad xəbər gəldi - Sputnik Azərbaycan
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik

Dünya və yeddiqat Avropa çempionumuz finalda ukraynalı Oksana Livaşla görüşüb. Yarışa 1/4 finaldan başlayıb, polşalı Anna Lukasyak (10:0) və türkiyəli Evin Demirhanla (6:1) qarşılaşmalarda ciddi çətinlik çəkməyən güləşçimiz ardıcıl 3-cü qələbəsini qazanıb.

© Photo : REPORTAzərbaycanın qadın güləşçisi Mariya Stadnik
Azərbaycanın qızıl qızı: Minskdən növbəti şad xəbər gəldi - Sputnik Azərbaycan
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik

M.Stadnik ilk dəqiqələrdən üstünlüyə yiyələndiyi görüşdə 7:1 hesabı ilə qalib gəlib. Bununla da təmsilçimiz dörd il əvvəl Bakıda keçirilən Avropa Oyunlarında qazandığı nailiyyəti təkrarlayıb.

Xəbər lenti
0