CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizim "qəhrəmanlar" yüzlüyə yaxın düşə bilmirlər

© pixabay / Thomas B.Футбольное поле и мяч
Футбольное поле и мяч - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində iki pillə geriləyib

BAKI, 15 iyun — Sputnik. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Сборная Азербайджана по футболу потерпела первое разгромное поражение в отборочном цикле чемпионата Европы по футболу 2020 года - Sputnik Azərbaycan
İDMAN
İqor Ponomaryov: "Problem məşqçidə deyil, bütün Azərbaycan futbolundadır"

Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Buna səbəb yığmamızın Avro-2020-nin seçmə mərhələsində ard-arda evdə Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesablı məğlubiyyətləridir. 14 reytinq xalı itirən yığma komandamız 1188 xalla 110-cu sırada yer alıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqibləri Xorvatiya (1625) 6-cı, Uels (1514) 23-cü, Slovakiya (1491) 31-ci, Macarıstan isə (1442) 42-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Fransa 1718 xalla ikinci, Braziliya isə 1681 xalla üçüncüdür. Azərbaycanlı azarkeşlərin maraqla izlədiyi Rusiya 1436 xalla 43-cü, Ukrayna 1513 xalla 24-cü, Türkiyə yığması isə 2 pillə irəliləyərək 1467 xalla 37-ci yeri tutub.

Xəbər lenti
0