Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Braziliya millisinə tanınmış məşqçi rəhbərlik edə bilər

© AFP 2023 / PATRIK STOLLARZFutbolçunun kölgəsi
Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər

BAKI, 9 iyun - Sputnik. Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo futbol üzrə Braziliya millisinin baş məşqçisi ola bilər.

"Report" xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının nümayəndələri artıq onunla danışıqlara başlayıblar.

Mourinyoya komanda Titenin rəhbərliyi altında Amerika Kubokunda müsbət nəticə əldə edə bilməyəcəyi təqdirdə müqavilə təklif olunacaq.

Bildirilir ki, portuqaliyalı mütəxəssisin özü yığmadan çox, klubda işləyəmə üstünlük verir, lakin Braziliyada məşqçini razı salmağa çalışırlar.

Mourinyo məşqçilik karyerası ərzində "Portu", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" kimi komandaları çalışdırıb.

Xəbər lenti
0