Futbolçunun kölgəsi

Dünyanın ən bahalı 21 futbolçusunun adı SİYAHI

98
(Yenilənib 19:03 08.06.2019)
Kriştianu Ronaldu gözlənilmədən siyahıda 19-cu yeri tutub

BAKI, 8 iyun — Sputnik. "Business Insider" nəşri dünyanın ən bahalı futbolçularının siyahısını açıqlayıb. Sputnik Azərbaycan nəşrə istinadən xəbər verir ki, siyahıda ilk pilləni "Pari Sen-Jermen" klubunun hücumçusu Kilian Mbappe tutur.

Ekspertlər Mbappenin 229 milyon avro dəyərində qiymətləndiriblər. İkinci yerdə onun komanda yoldaşı olan 27 yaşlı Neymar gəlir. Onun qiyməti 206 milyon avrodur. Üçüncü pillədə isə 183 milyon avro dəyəri ilə Messi qərarlaşıb.

"Yuventus"-un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 21 nəfərlik siyahıda 19-u yeri tutub. O, 103 milyon avro dəyərində qiymətləndirilib. Nəşrin ekspertləri Ronaldunu yaşına görə siyahıda 19-cu yerə layiq görüblər. Qeyd edək ki, fevralda futbolçunun 34 yaşı tamam olub.

Reytinq futbolçuların müqavilələrin davamlılıq müddəti, onların hazırkı forması və son mövsümdə çıxışları nəzərə alınmaqla tərtib olunub.

Qeyd edək ki, 20 yaşlı Mbappe bu mövsüm "Pari Sen-Jermen"-in heyətində 29 oyunda meydana çıxıb və 33 dəfə fərqlənə bilib.

98
Fitnes zalı, arxiv şəkli

Azərbaycanda fitnes trenajor zalları açıla bilər, amma...

28
(Yenilənib 15:52 24.09.2020)
Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır. Sputnik Azərbaycan bildirir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə, nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır.

Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

28
Teqlər:
idman zalı, idman, Koronavirus, epidemiya, COVID-19, karantin

"Qarabağ" "Neftçiyə uduzdu

26
(Yenilənib 23:40 20.09.2020)
Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

BAKI, 20 sentyabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"bu qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.

26
Teqlər:
Futbol üzrə Azərbaycan Premyer Liqası, "Neftçi" Futbol Klubu, "Neftçi", "Qarabağ" futbol klubu, "Qarabağ" komandası, "Qarabağ
Məktəblilər, arxiv şəkli

Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab

0
(Yenilənib 19:44 25.09.2020)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur.

BAKI, 25 sentyabr — Sputnik. "Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur:

"İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

0
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, yoluxma, şagird, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Nazirliyin əməkdaşı koronavirusdan öldü
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq