Новоизбранный президент УЕФА Александер Чеферин. Афины, 14 сентября 2016 года

Qalmaqal: UEFA prezidenti Emanuel Makrona qarşı

77
(Yenilənib 18:03 05.06.2019)
Çeferin Makrona öz işi ilə məşğul olmağı məsləhət görüb

BAKI, 5 iyun - Sputnik. "Biz siyasətin bizə idarəçilik diktə etməsinə imkan verməyəcəyik. Bütün siyasətçilərin idmana müdaxilələrinin yolverilməz olduğunu bilmələri vacibdir".

"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin Fransa prezidenti Emmanuel Makronun Çempionlar Liqasındakı islahatlarla bağlı fikirlərinə münasibət bildirərkən söyləyib.

"Bu, Markonun səlahiyyətlərinə aid deyil, mənim Fransa qanunları əleyhinə çıxış etməyim kimidir və siyasətin idmana açıq-aşkar müdaxiləsidir", - deyə Çeferin əlavə edib.

Qeyd edək ki, daha əvvəl UEFA 2024-cü ildə həyata keçiriləcək Çempionlar Liqası formatını təqdim edib. Buna əsasən, 8 komandalı 4 qrup təşkil olunacaq və oyunların sayı artırılacaq. Yeni sistem daha çox Avropanın top-klublarının işinə yarayacaq. Emmanuel Makron məhz belə dəyişikliklərin əleyhinə çıxıb.

77
Hakim, arxiv şəkli

AVRO-2020-nin hakimləri açıqlandı - SİYAHI

5
(Yenilənib 22:05 21.04.2021)
Türkiyəli tanınmış futbol hakimi Cüneyt Çakır da UEFA-2020-nin oyunlarını idarə edəcək referilər sırasındadır.

BAKI, 21 aprel - Sputnik. UEFA AVRO-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, müvafiq siyahı UEFA-nın saytında dərc olunub. Hakimlərin siyahısı belədir:

Feliks Brıx (Almaniya)

Slavko Vinçiç (Sloveniya)

Orel Qrinfeld (İsrail)

Karlos Del Serro Qrande (İspaniya)

Artur Soareş Diaş (Portuqaliya)

Daniel Zibert (Almaniya)

Sergey Karasev (Rusiya)

Byorn Keypers (Niderland)

İştvan Kovaç (Rumıniya)

Danni Makkelli (Niderland)

Antoniu Mateu Laos (İspaniya)

Maykl Oliver (İngiltərə)

Daniele Orsato (İtaliya)

Entoni Teylor (İngiltərə)

Kleman Tyurpen (Fransa)

Ovidiu Xatseqan (Rumıniya)

Cüneyt Çakır (Türkiyə)

Andreas Ekberq (İsveç)

Bundan əlavə, mübadilə proqramı çərçivəsində ilk dəfə olaraq belə ranqlı yarışda Cənubi Amerikalı hakimlər də iştirak edəcəklər. Argentinalı referi Fernando Rapallini öz briqadası ilə AVRO-2020-nin oyunlarını idarə edəcək, ispan Xesus Xil Mansanonun başçılıq etdiyi briqada isə Amerika Kubokuna qatılacaq.

Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

5
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

90
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

90
Teqlər:
klublar, UEFA, futbol
Zaur Baxşəliyev

Tanınmış aparıcı verilişinin bağlanmasını Hüseynbala Mirələmovu lağa qoydu - VİDEO

0
(Yenilənib 13:49 22.04.2021)
Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

BAKI, 22 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin yayımı bir günlük dayandırılmışdı.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı Zaur Baxşəliyev "Instagram" hesabında video paylaşıb. Videoda ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun biabırçı görüntülərini və verilişinin bağlanmasını məsxərəyə qoyan aparıcı izləyicilərin gülüşünə səbəb olub. Görüntülərdə o, "Zaur, bircə günlük də olsa dincələ bildinmi? Mən tanınmışları xoşlayıram, o, tanınmamışları" deyərək sabiq deputata və verilişinin bağlanmasına rişxənd edib.

Barəsində danışdığımız video izləyicilərin gülüşünə səbəb olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ZAUR GUNAY (@zaur_gunay)

Xatırladaq ki, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxış etməsi ictimaiyyətdə geniş rezonansa səbəb olub. Milli Televiziya və Radio Şurasının qərarı ilə verilişin yayımı bir günlük dayandırılaraq ATV telekanalı dörd min manat məbləğində cərimələnib.

0
Teqlər:
video, veriliş, teleaparıcı