Neymar

Onun da növbəsi çatdı Məşhur futbolçuya zorlama ittihamı

114
(Yenilənib 13:46 02.06.2019)
Adının çəkilməsini istəməyən qadın Neymarın onu Parisdə zorladığını bildirib

BAKI, 2 iyun — Sputnik. Fransanın “Pari Sen-Jermen” klubunun futbolçusu Neymar zorlamada ittiham olunur.

Sputnik Azərbaycan UOL portalına istinadən xəbər verir.

Portalın məlumatına əsasən, adının çəkilməsini istəməyən qadın Neymarın onu Parisdə zorladığını bildirib.

Qadının sözlərinə görə, hadisə mayın 15-də Fransanın paytaxtındakı hotellərdən birində baş verib. Lakin qadın polisə ərizəni Braziliyaya qayıtdıqdan sonra yazıb, belə ki, o, emosional sarsıldığını və yad ölkədə polisə müraciət etməkdən qorxduğunu bildirib.

Polisin müraciətlə bağlı faktı təsdiqlədiyi qeyd edilir.

114