FİFA-nın keçmiş baş katibi Cerom Valke

FİFA baş katibi ilə bağlı məhkəmə qərarı qüvvədə qaldı

25
(Yenilənib 22:53 31.05.2019)
Keçmiş futbol funksioneri FİFA-ya 20 min İsveçrə frankı ödəməlidir

BAKI, 31 may — Sputnik. İsveçrənin federal məhkəməsi FİFA-nın keçmiş baş katibi Cerom Valkenin futbol fəaliyyətinə qoyulmuş qadağa əleyhinə apelyasiyasını rədd edib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən Valke həmçinin məhkəmə xərclərini qarşılamaq üçün 18 min İsveçrə frankı ödəməlidir. Bundan başqa, Valke FİFA-ya da 20 min İsveçrə frankı həcmində ödəniş etməlidir.

Valkenin adı İsveçrə hüquq-mühafizə orqanları tərəfindən açılmış iki cinayət işində hallanır.

2007-ci ildən FİFA-nın baş katibi vəzifəsini tutmuş Valke, 2015-ci ilin sentyabr ayında bu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Səbəb kimi onun 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının matçlarına biletlərin qanunsuz satışı mexanizmlərində mümkün iştirakı qeyd olunurdu.

FİFA-nın etika komitəsi 2016-cı ilin fevral ayında Valkeni 12 il müddətində futboldan kənarlaşdırmışdı. Həmin ilin iyun ayında isə bu müddət 10 ilə qədər azaldılmışdı.

25