Финал Лиги Европы: Челси - Арсенал. Эден Азар радуется, Петр Чех смотрит на мяч, Бакинский олимпийский стадион, Баку, Азербайджан

Bakı finalı "Çelsi"nin möhtəşəm qələbəsi ilə başa çatdı

2282
"Çelsi" tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub

BAKI, 30 may - Sputnik. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final görüşü başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Londonun "Çelsi" klubu daha bir İngiltərə təmsilçisi "Arsenal"a qalib gəlib - 4:1.

Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissə isə qol sarıdan bol olub.

49-cu dəqiqədə Olivye Jiru hesabı açıb - 1:0. 60-cı dəqiqədə Pedro Rodriges ikinci topu "Arsenal"ın qapısından keçirib - 2:0. 65-ci dəqiqədə Eden Azar penaltidən üçüncü qolu vurub - 3:0.

69-cu dəqiqədə İvobi fərqi azaldıb - 1:3. Lakin 72-ci dəqiqədə Eden Azar görüşdə ikinci topunu vurub - 4:1.

Beləliklə, "Çelsi" tarixində ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub

2282