Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Rinqin ortasında rəqib əlini qaldıraraq Miladla bacarmadığını dedi"

© © ATF-ın mətbuat xidmətiTaekvando qarşılaşması, arxiv şəkli
Taekvando qarşılaşması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İdmançılarımız Britaniyada qazandıqları zəfəri bölüşüblər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Bir neçə gün öncə Böyük Britaniyada keçirilən taekvando üzrə dünya çempionatında Azərbaycan millisi bir qızıl, bir bürünc medal qazandı. Sputnik Azərbaycan xəbər verir ki, bu gün dünya çempionatında uğur qazanmış taekvandoçularımızın mətbuat konfransı keçirilib. 

Taekvando Federasiyasının müəllimlərinin etiraz aksiyası - Sputnik Azərbaycan
İDMAN
Taekvando Federasiyasında maaş etirazı: Aylardır pul almırıq

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov medal qazanan idmançıları təbrik edib: "İdmançılarımızın medal qazanması və olimpiya oyunlarına lisenziya xallarının artırması bizi sevindirir. Eyni zamanda Taekvando Federasiyasının rəsmilərinə təşəkkür edirəm. Bu cür uğur bizim üçün fəxrdir".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov da taekvando ailəsini təbrik edib. O, qeyd edib ki, taekvando idman növündə dünya çempionatında rəqabət güclü olur: "İlk dəfə idi taekvando üzrə dünya çempionatında iştirak elədim. Həm idmançıların nizam-intizamını, həm də mübarizəsini çox bəyəndim. Fəridə Əzizova sona kimi potensialını ortaya qoydu. Radik İsayevin medalsız qalması isə onun gələcək yarışlara daha ciddi hazırlaşmasına siqnaldır".

Sonra Taekvando Federasiyasının vitse-prezidenti Nağı Səfərov çıxış edib. O bildirib ki, üç idmançımızın medal döyüşündə bəxti gətirməyib: "Milad Hərçəqaninin uğuru bizim üçün fəxrdir. Artıq federasiyamızda ikiqat dünya çempionu var. Hətta oyunları şərh edən şərhçilər də bildirdilər ki, ikinci raundda Milad qalib olacağını dedi. Hətta rəqib əlini qaldıraraq məşqçisinə bacarmadığını dedi. Bu da qürurverici haldır. Qarşıda yarışlar bizi gözləyir, gələn həftədən yenidən var gücümüzlə məşqlərə başlayacağıq".

"Çoxları deyir ki, Federasiyanın maddi problemləri var. Bu, yalan fikirdir. Biz sadəcə olaraq yeni qayda ilə işimizi qurmuşuq. Federasiyada tələbələri uğur qazanan və nəticə göstərən məşqçilərə maaş kəsilir" - Səfərov vurğulayıb.

Taekvando Federasiyasının digər vitse-prezidenti Niyaməddin Paşayev də çıxış edərək əlavə edib ki, yanvar ayından bəri taekvandoçularımz 5 beynəlxalq turnirdə çıxış ediblər və dünya çempionatına hazırlaşıblar: "İki yeni idmançı da komandaya cəlb etmişik. Bəzi idmançılar təcrübəsizliyə, bəziləri isə etdikləri səhvlərə görə məğlub oldular. Bu uğuru olimpiyadada davam etdirərik".

Milad Hərçəqani isə bildirib ki, gələn yarışlarda da daha çox uğur qazanacağı üçün əlindən gələni edəcək. O, həmçinin ayağında və belində zədəsi olduğunu, amma formadan düşməmək üçün məşq edə-edə zədələri bərpa etdiyini də deyib.

Çempion Fəridə Əzizova da yarışla bağlı fikirlərini bölüşüb: "İki ildir zədələrim var. Amma yarışda o zədələr mənə təsir etmədi".

Xəbər lenti
0