Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Bakı ilə bağlı qalmaqallı tələbə reaksiya verdi

© AFP 2023 / FABRICE COFFRINIЛоготип Лиги Европы
Логотип Лиги Европы - Sputnik Azərbaycan
Abunə olmaq
Təşkilat bəyan edir ki, "Arsenal" və "Çelsi" azarkeşlərinə Bakıya Avropa Liqasının finalına gələ bilməyin ucuz yollarını tapmaqda kömək edə bilər

BAKI, 17 may - Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) klub turnirlərinin finallarını keçirmək üçün yer seçərkən azarkeşlərin maraqlarını nəzərə almağı tələb edən Londonun "Arsenal" klubunun müraciətinə cavab verib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" UEFA Avropa Liqasının finalında "Çelsi" ilə qarşılaşacaq. Komandaların azarkeşlərinə 12 min yer (hər komandaya 6 min - red.) ayrılıb. Stadionun tutumu 65 min nəfərdir. "Arsenal" belə azarkeş sayına etirazını bildirib və klubun 45 min abonoment sahibinin olduğunu bəyan edib. "Arsenal" UEFA-dan klub turnirlərinin finallarını keçirmək üçün yer seçərkən azarkeşlərin maraqlarını nəzərə almağı tələb edib.

Henrix Mxitaryan - Sputnik Azərbaycan
İDMAN
“Arsenal” Mxitaryan müəmmasına aydınlıq gətirdi

"Sizin UEFA əqidəsi altında keçirilən turnirlərdə çoxillik iştirak təcrübənizi bilərək finalın təşkil olunmasının mürəkkəb və uzunmüddətli əməliyyat olduğu faktını inkar etməzsiniz... Klub turnirinin finalını keçirmək üçün yer təklifi bir neçə il əvvəldən edilir. Bu isə o deməkdir ki, finalın hansı şəraitdə təşkil olunacağının dəqiq şərtləri əvvəlcədən məlum olmur", - UEFA-nın saytında yerləşdirilmiş "Arsenal"a cavabda deyilir.

UEFA bildirib ki, "ötən finalların təcrübəsi göstərir ki, iki finalçı komanda üçün biletlərə kvotanı stadionun tutumuna görə deyil, statistikaya uyğun qoymaq düzgündür": "Əlbəttə, biletlərin satılması prosesini tam olaraq (neytral azarkeşlər üçün də daxil olmaqla) finala hansı komandaların məlum olmasına qədər təxirə salmaq ideal olardı. Lakin biletlərin satılması üzrə bütün əməliyyatların mürəkkəbliyi və təhlükəsizlik planının tərtib olunması baxımından bu mümkün deyil".

Təşkilat bəyan edir ki, "Arsenal" və "Çelsi" azarkeşlərinə Bakıya Avropa Liqasının finalına gələ bilməyin ucuz yollarını tapmaqda kömək edə bilər.

Xəbər lenti
0