Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi idmançı Azərbaycan dilində danışdı - VİDEO

© AFP 2023 / VALERY HACHEЛуиш Фигу
Луиш Фигу - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliyalı sabiq futbol ulduzu Luiş Fiqu Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı könüllülərə ünvanladığı müraciət zamanı Azərbaycan dilində danışıb

BAKI, 15 may — Sputnik. Portuqaliyalı sabiq futbol ulduzu Luiş Fiqu Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı könüllülərə ünvanladığı müraciət zamanı Azərbaycan dilində danışıb.

Sputnik Azərbaycan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadla xəbər verir ki, Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan futbolçu, bu möhtəşəm tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib:

"Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram".

Müraciətinin sonunda azərbaycanca danışan Fiqu "Oyuna daxil ol!", - deyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

Avropa Liqasının final matçında Avropa kuboku uğrunda Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar. Final matçı mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Xəbər lenti
0