Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İki məşhur futbol klubunun nümayəndələri Bakıya gəliblər

© AFP 2023 / FRANCISCO LEONGFutbolçunun kölgəsi
Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Finalçı komandaların nümayəndələri Bakıda işgüzar səfərdədirlər

BAKI, 13 may — Sputnik. UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – "Arsenal" və "Çelsi" klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Xəbər lenti
0