Ağır atletika məşqləri, arxiv şəkli

Azərbaycan birinciliyinin qalibləri bəlli olub

34
(Yenilənib 11:21 13.05.2019)
Toplam 253 kq nəticə ilə bütün rəqiblərini qabaqlayan Rüstəm Qasımov qızıl medala sahib çıxıb

BAKI, 13 may — Sputnik. 11-12 may tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən, 20-23 yaş arası olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub. 

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Sputnik Azərbaycan-a verilən məlumata görə, son yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 67 kq-a qədər olan atletlər çıxıblar. Toplam 253 kq (118+135) nəticə ilə bütün rəqiblərini qabaqlayan Rüstəm Qasımov qızıl medala sahib çıxıb.

Kürsünün sonrakı pilllərində müvafiq olaraq toplam 230 kq (100+130) nəticə ilə Nurlan Məmmədzadə, toplam 218 kq (98+120) nəticə ilə Samir Əskərzadə qərarlaşıb.

Daha sonra çəkisi 73 kq-a qədər olan atletlərin yarışı başlayıb. Toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. Gümüş medalı toplam 261 kq (115+146) nəticə ilə Elməddin Hüseynov, bürünc medalı isə toplam 254 kq (112+142) nəticə ilə Elşad Şərifov qazanıb.

81 kq çəki dərəcəsində toplam 286 kq (130+156) nəticə ilə Füqan Əliyev rəqiblərini böyük üstünlüklə arxada qoyub və qızıl medala layiq görülüb. Gümüş medal toplam 278 kq (123+155) nəticə ilə İsmayıl Baxışova, bürünc medal isə toplam 242 kq (107+135) nəticə ilə İsa Həsənliyə qismət olub.

Körpücük üzərinə son olaraq çəkisi 89 kq, 96 kq, 102 kq + 109 kq-a qədər olan atletlər çıxıblar. Müvafiq olaraq öz çəkilərində toplam 241 kq (114+127) nəticə ilə Yaşar Mamayev, toplam 290 kq (135+155) nəticə ilə Tarmenxan Babayev, toplam 290 kq (130+160) nəticə ilə Əliş Nəzərov və toplam 300 kq (125+175) nəticə ilə İsmayıl Qurbanov qalib adını qazanıblar.

34
Teqlər:
medal, çəki, Azərbaycan, ağır atlet
Əlaqədar
İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib
Üç yüzdən çox ağır atletimiz mübarizəyə qoşulub