Cüdo üzrə Böyük dəbilqə turnirinə start verilib

Qadın döyüşçülərimizdən üzücü məğlubiyyət

14
(Yenilənib 15:53 10.05.2019)
"Böyük Dəbilqə" turnirinə mayın 12-də yekun vurulacaq

BAKI, 10 may - Sputnik. Azərbaycan milli komandasının cüdoçusu Nicat Şıxəlizadə Bakıda bu gün start verilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, 66 kq çəki dərəcəsində güləşən idmançımız yarımfinalda monqolustanlı Basxu Yondoperenleyi məğlub edib.

Eyni çəki dərəcəsindəki İbrahim Əliyev isə bürünc medal uğrunda qarşılaşmada Basxu Yondoperenleyi sınağa çəkəcək.

Qadın idmançılardan 48 kq-da mübarizə aparanlar Ramilə Əliyevə, Şəfəq Həmidova, Əliyeva Leyla , 52 kq-da döyüşənlər Gülşən Nəzərova, Şəfəq Məmmədova, Gültac Məmmədəliyeva, 57 kq-da mübarizəyə qoşulan Səkinə Zayirova ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Aişə Qurbanlı (48 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) isə bir görüşü qalib gəlsələr də, 1/8 finalda bəxtləri gətirməyib və döyəşi məğlub kimi tərk ediblər.

Kişi idmançılarımızdan Oruc Vəlizadə, Tofiq Məmmədov, Orxan Səfərovun da bu dəfə bəxti gətirməyib. Əhməd Yusifov (60 kq) və İsmayıl İbrahov (66 kq) isə cəmi bir döyüşdə qalib gələ biliblər, daha sonra isə məğlub olublar.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 12-də yekun vurulacaq.

14
Teqlər:
turnir, yarış, idmançı, cüdo
Əlaqədar
Cüdoçularımız “Böyük dəbilqə”də medallar qazanıb
Cüdoçumuz ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi olub
O, daha çox cüdonu sevsə də, uğuru başqa yerdə tapıb