Beynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda

Bakıda daha bir beynəlxalq yarışa start verilib

17
(Yenilənib 11:29 10.05.2019)
Mötəbər cüdo turnirinə mayın 12-sində yekun vurulacaq

BAKI, 10 may — Sputnik. Bu gün Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının (ACF) kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyub.

ACF-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

  • Beynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda
    Beynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda
    © ACF-nın mətbuat xidməti

1 / 3
© ACF-nın mətbuat xidməti
Beynəlxalq və Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Fəxri Xiyabanda

Onu da diqqətə çatdıraq ki, mayın 10-da Heydər Əliyev adına İdman Sarayında "Böyük Dəbilqə" beynəlxalq turnirinə start verilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə mayın 12-də yekun vurulacaq.

17
Teqlər:
turnir, yarış, cüdo
Əlaqədar
Cüdoçumuz ilk dəfə Böyük Dəbilqə turnirinin qalibi olub
O, daha çox cüdonu sevsə də, uğuru başqa yerdə tapıb
Cüdoçularımız “Böyük dəbilqə”də medallar qazanıb