Бакинский Олимпийский Стадион

Bakı finalının ilk iştirakçısı məlum oldu

30
(Yenilənib 17:10 25.04.2019)

BAKI, 10 may — Sputnik. UEFA Avropa Liqasında ilk finalçı müəyyənlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab matçlarından sonra Bakıdakı həlledici qarşılaşmada iştirak edəcək komandalar bəlli olub.

İngiltərənin təmsilçisi "Arsenal" İspaniyada "Velensiya"nın qonağı olub. Oyunda hesabı 11-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Qameyro açıb. 6 dəqiqə sonra Obameyanq cavab topunu vurub. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə Lyakazett (50) ingilisləri irəli çıxarıb - 2:1. 58-ci dəqiqədə Qameyro hesabı bərabərləşdirsə də, 69-cu dəqiqədə Obameyanq yenidən "Arsenal"ı önə çıxarıb - 3:2. 89-cu dəqiqədə Obameyanq fərqi iki topa çıxarıb - 4:2.

İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub etmiş ingilislər turnirin finalına vəsiqə qazanıblar.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

30