Boks üzrə Avropa çempionatı

İdmançılarımızı gərgin mübarizə gözləyir

44
(Yenilənib 13:05 07.05.2019)
Beş gün davam edəcək ənənəvi yarışda 17 ölkənin nümayəndələrinin iştirakı gözlənilir

BAKI, 7 may — Sputnik. Bu gün Rusiyada kişi boksçular arasında "Sankt-Peterburq qubernatorunun kuboku" adlı beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək ənənəvi yarışda Azərbaycan yığması da iştirak edəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış "M-1 Arena"da baş tutacaq. Turnirdə 17 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

44
Teqlər:
idmançı, turnir, yarış, boks
Əlaqədar
Yerli jurnalistlər idmanın nəbzini tutmağı öyrəndilər
İdmançımız bu dəfə qızıl gətirə bilmədi
Daha bir idmançımıza "yaşıl işıq" yandırılıb
İtaliya futbolunun əfsanələri: Paolo Maldini, Andrea Pirlo və Canluici Buffon

Baş məşqçi getdi, yaşasın yenisi! “Yuve” Sarriyə əvəz tapdı

18
(Yenilənib 22:33 08.08.2020)
Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir

BAKI, 8 avqust — Sputnik. Mövsümün nəticələrinə görə bu gün işdən çıxarılan baş məşqçi Maurisio Sarriyə “Yuventus” əvəz tapıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, jurnalistlər Fabrisio Romano, Canluka Di Marsio və digər insayderlər bildiriblər ki, italyan klubuna onun keçmiş yarımmüdafiəçisi Andrea Pirlo rəhbərlik edəcək.

Pirlo iyulun sonunda Turin klubunun 23 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmuşdu.

Məşqçi karyerasında bir ilk yaşayacaq Andre Pirlonu “Yuventus”un prezidenti Andrea Anyelli özü seçib.

Klub sosial şəbəkə hesabından rəsmi olaraq Pirlonun baş məşqçi təyin olunduğunu bildirib.

Bundan öncə bildirilirdi ki, “Yuve” Maurusio Poçettino (eks-“Tottenhem”), Simone İndzagi (“Lasio”) və Pep Qvardiolanın (“Mançester Siti”) namizədliyini gözdən keçirir.

Andrea Pirlo İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olub. “İnter”, “Milan” və “Yuventus” klublarındakı oyunlarıyla məşhurlaşıb. Futbolçu karyerasını 2017-ci ilin noyabrında “Nyu-York Siti”də başa vurub.

Bildirək ki, dünən Çempionlar Liqasının 1/8 finalında “Yuventus” “Lion”a iki oyunun nəticələrinə görə (0:1, 2:1) uduzaraq yarışı tərk edib. Bu mövsüm İtaliya çempionu olmasına rəğmən klubun baş məşqçisi Maurisio Sarri bu gün vəzifəsindən azad edilib. O, “Yuve”yə 2019-cu ildə Massimilano Alleqrinin əvəzinə gəlmişdi.

18
Əlaqədar
Əfsanə futboldan getdi
Hamısı italyan olacaq - Millimizin məşqçisi qərarını verdi
“Real”ın keşmiş ulduzu Azərbaycana gəlməkdən imtina edib
Daha bir futbol fırıldağı? FİFA prezidentinə qarşı cinayət işi başlanıb
Bir də futboldan görək: Millimizin baş məşqçisindən daha bir jest
Qərənfil, arxiv şəkli

Azərbaycanda idman assosiasiyasının rəhbəri vəfat edib

8
(Yenilənib 18:17 08.08.2020)
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti professor Xanlar Qurbanov bu gün, 71 yaşında vəfat edib

BAKI, 8 avqust — Sputnik. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri, professor Xanlar Qurbanov dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası sosial şəbəkədə məlumat yayıb.

Məlumatda deyilir ki, SSRİ İdman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, “Tərəqqi” ordeninin laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovunun vəfatı yalnız Akademiyaya deyil, idman aləminə böyük itkidir.

Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Xanlar Qurbanova rəhmət diləyib, ailəsi və yaxınlarına başsağlığı verib.

8
Çöl ördəyindən hazırlanan “Döşəmə plov”, arxiv şəkli

Plovsevərlərin nəzərinə: Düyünün ölümcül təhlükəsi açıqlandı

0
Mançester və Salford universitetlərinin alimləri düyü istehlakının ürək-damar xəstəliklərini və ölüm riskini artırdığını müəyyən ediblər.

BAKI, 9 avqust — Sputnik. İngilis alimləri ürək-damar xəstəliklərinin artması riskini düyünün istifadəsi ilə əlaqələndirirlər. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "Science of the Total Environment" jurnalında dərc edilib.

Düyü özündə sonradan insan orqanizminə daxil olan toksinləri və arseni toplaya bilir. Arsen ürək və qan damarları üçün təhlükəli hesab edilir. Mütəxəssislərin fikrincə, hətta kiçik dozalarda bu elementin uzunmüddətli istifadəsi hər il minlərlə erkən ölümlə əlaqələndirilir. Tədqiqat Mançester və Salford (Böyük Britaniya) universitetlərinin alimləri tərəfindən hazırlanıb.

Məlum olub ki, İngiltərə və Uelsdə sağlamlıq problemləri olan düyü istehlakçılarının 25 faizi ürək-damar xəstəliklərindən ölüm hallarının daha yüksək riskinə məruz qalır. Professor Devid Polya "düyünün istifadəsi nəticəsində sağlamlıq üçün modelləşdirilmiş yüksək risk təxminən altı faiz təşkil edir" deyib.

Xəstəliklərin riskini azaltmaq üçün mütəxəssislər düyüdən hazırlanan yeməklərin pərəstişkarlarına öz qida rasionlarında düyünü digər taxıl bitkiləri ilə əvəzləməyi məsləhət görüblər. Həmçinin, alimlər bu populyar məhsulun istehlakını məhdudlaşdırmaq və yaxud düyünün müxtəlif növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi tövsiyə ediblər. Ekspertlərin qiymətləndirməsinə görə, dünyada üç milyarddan çox insan düyünü əsas qida məhsulu kimi istehlak edir.

Əvvəllər rusiyalı həkim-dietoloqlar vətəndaşlara səhər yeməyi zamanı populyar dənli bitkilərdən hazırlanmış hazır qidalardan, ağ çörəkdən, hazır şirələrindən və qazlı içkilərdən imtina etməyi məsləhət görürdülər. Mütəxəssislərin sözlərinə görə, sadalanan məhsullar mənimsənilmiş karbohidratları ehtiva edir. Həkimlər tərəfindən faydasız ərzaqların qarabaşaq yarması, qəhvəyi düyü və ya bulqurla əvəz edilməsi tövsiyə olunur.

0