60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov 4-cü dəfə Avropa çempionu olub

Döyüşçümüz yenidən Avropa çempionu olub

48
(Yenilənib 16:28 01.05.2019)
O, finalda gürcüstanlı rəqibini məğlub edərək 4-cü dəfə Avropa çempionu titulunu qazanıb

BAKI, 1 may — Sputnik. Moskvada Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub.

60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib. İdmançımız finalda gürcüstanlı rəqibini məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.

60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov 4-cü dəfə Avropa çempionu olub
60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov 4-cü dəfə Avropa çempionu olub

Yarışda digər çəki dərəcəsində Azərbaycan idmançıları uğur qazanıblar. Komandamızın üzvləri - yeniyetmələr arasında 60 kiloqram çəki dərəcəsində Fətəli İsmayılov 2-ci yer, gənclər arasında 48 kiloqram çəki dərəcəsində Seymur Həmidov 2-ci yer, 90 kiloqram çəki dərəcəsində Hüseyn Simiyev 2-ci yer, böyüklər arasında Vüsal Səfərov 3-cü yer, gənclər arasında 52 kiloqram çəki dərəcəsində isə Nicat Muradov 3-cü yerin qalibləri olublar.

Xatırladaq ki, növbəti dəfə Avropa çempionu olan idmançımız Elçin Eminov bu yarışa qədər 3 qat Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc medalının qalibi olub.

48
Teqlər:
final, çempion, idmançı
Əlaqədar
Daha bir idmançımızda dopinq aşkarlandı
İdmançımız bu dəfə qızıl gətirə bilmədi
Daha bir idmançımıza "yaşıl işıq" yandırılıb
AFFA-nın binası, arxiv şəkli

Bu bəyanat Superliqanı elə "beşikdə" boğa bilər...

25
(Yenilənib 14:09 20.04.2021)
"Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Super Liqanın yaradıldığını bəyan ediblər.

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AFFA-nın yaydığı məlumatda bildirilir.

"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Serie A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.

Həmin gün İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem" və "Çelsi", İspaniyanın "Real" (Madrid), "Barselona", "Atletiko" (Madrid), İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FIFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq", - deyə məlumatda bildirilir.

25
Azərbaycanlı güləşçi Əli Rəhimzadə, arxiv şəkli

Azərbaycanlı pəhləvan Varşavada erməni güləşçini məğlub edib

15
(Yenilənib 21:19 19.04.2021)
Varşavada keçirilən Avropa çempionatında dörd güləşçimiz mübarizəyə uğurla başlayaraq 1/4 finala vəsiqə qazanıb.

BAKI, 19 aprel — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) Varşavada keçirilən Avropa çempionatındakı ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyan üzərində qələbə çalıb. Sputnik Azərbaycan xəbər verir ki, 1/8 mərhələsindəki qarşılaşmada həmyerlimiz minimal xal üstünlüyü ilə qalib olub - 2:1. Rəhimzadənin 1/4 mərhələsindəki rəqibi bir qədər sonra məlum olacaq.

Azərbaycanın güləş ustalarından Əfqan Xaşalov (57 kq), Rəşad Yusifli (74 kq) və Şamil Zübairov (87 kq) müvafiq olaraq Yanis Martidis (Yunanıstan, 10:0), Andrey Sokalski (Polşa, 9:0) və Albert Saritov (Rumıniya, texniki qələbə) üzərində qələbə çalaraq ¼ finala yüksəliblər.

Daha bir güləşçimiz Turan Bayramov isə (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya) ilə görüşünü gözləyir.

15
Məktəb, arxiv şəkli

Övladları 1-ci sinfə gedəcək valideynlərin nəzərinə - Yenidən şəxsi kabinet açmağa...

0
(Yenilənib 16:25 20.04.2021)
Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

BAKI, 20 aprel — Sputnik. Təhsil Nazirliyi sosial şəbəkə hesabında 2021-2022-ci tədris ili üzrə canlı yayımda birinci sinfə qəbulla bağlı vətəndaşların suallarını cavablandırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, canlı yayımda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların cari tədris ilindən elektron kabinetlərinin mövcud olduğunu bildirib: "Onlar üçün yenidən şəxsi kabinet açmağa və elektron qeydiyyata ehtiyac yoxdur. Valideynlər sadəcə həmin login və şifrə ilə özlərinə məxsus şəxsi kabinetlərinə daxil olaraq övladlarının məktəb seçimini və digər prosesləri həyata keçirə bilərlər".

Xatırladaq ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

0
Teqlər:
"Şəxsi kabinet", valideynlər, qəbul, birinci sinif