Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Daha bir Formula 1 pilotu qəza törətdi

© REUTERS / MAXIM SHEMETOV"Wilyams" komandasının polşalı pilotu Robert Kubiçanın bolidi
Wilyams komandasının polşalı pilotu Robert Kubiçanın bolidi - Sputnik Azərbaycan
Abunə olmaq
O, komandasından üzr istəyib: "Məni bağışlayın"

BAKI, 27 aprel — Sputnik. Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turu davam edir. Sputnik Azərbaycan xəbər verir ki, "Wilyams" komandasının polşalı pilotu Robert Kubiça qəza törədib.

Döngəni vaxtından tez döndüyü üçün pilot divara çırpılıb. Nəticədə bolidə ciddi ziyan dəyib. Beləliklə pilot sıralama turunu vaxtından tez bitirməli olub.

O, komandasından üzr istəyib: "Məni bağışlayın".

Sıralama turu bolid trasdan çıxarılana kimi təxirə salınıb.

Xatırladaq ki, dünən də arzuolunmaz hadisə yaşanmışdı. Belə ki, ikinci sərbəst yürüşün 16-cı dəqiqəsində "Rasinq Point" komandasının pilotu Lens Stroll qəza törədib. Pilot sürətlə hərəkət etdiyi üçün döngədə müvazinəti itirib və divara çırpılıb.

Nəticədə bolid ciddi zədə alıb. Bununla da Stroll üçün ikinci sərbəst yürüş də başa çatıb. Marşalların köməyi ilə bolid trekdən çıxarılıb.

Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.

Xəbər lenti
0