Formula 1

Formula 1 üzrə ikinci günə start verilib - Cədvəl

51
(Yenilənib 12:05 27.04.2019)
Bu gün saat 12:00-da Formula 2-də birinci yarış reallaşacaq

BAKI, 27 aprel — Sputnik. Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisinin ikinci günü başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Formula 1-də üçüncü sərbəst yürüş (14:00 -15:00) və sıralama turu isə (17:00-18:00) baş tutacaq.

Həmçinin, "Racing Point", "Alfa Romeo" və "Mercedes" komandalarının pilotları azarkeşləri üçün avtoqraf sessiyası keçirəcək. O ki qaldı Formula 2 yarışlarına, 12:00-da Formula 2-də birinci yarış reallaşacaq.

Bu günün proqramı belə olacaq:

10:20 - 10:50. Formula 2, Pilotların paradı

11:20 - 11:40. Avtoqraf sessiyası: Serxio Peres və Lens Stroll ("Racing Point")

12:00 - 13:05. Formula 2, Birinci yarış

12:00 - 12:20. Avtoqraf sessiyası: Kimi Raykkonen və Antonio Covinatsi ("Alfa Romeo")

12:20 - 12:40. Avtoqraf sessiyası: Lüis Hemilton və Valtteri Bottas ("Mercedes")

14:00-15:00. Formula 1, Üçüncü sərbəst yürüş

17:00-18:00. Formula 1, Sıralama turu

21:00. Cessi Ceyin konserti

Qeyd edək ki, Formula 1-də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.

12:00 da artıq Formula 2 üzrə birinci yarışa start verilib.

51
Teqlər:
yarış, Qran-pri, SOCAR, Formula 1
Əlaqədar
Formula 1 tamaşaçılarını nələr gözləyir?
Formula 1 turistləri Bakıda və ya paytaxtımızın "rəqəmsal təbliğatı" - İNFOQRAFİKA
“Formula 1”də qəzanın günahkarı bilindi
“Formula-1”: Şarl Lekler ən sürətli olub, ilk gün yekunlaşıb
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Bakını pul gətirən layihədən çıxarırlar?

89
(Yenilənib 13:30 25.01.2021)
Türkiyə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, paytaxtımız UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər.

BAKI, 25 yanvar — Sputnik, Teymur Tuşiyev. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2020-ci ildə keçirilməli olan və koronavirus pandemiyası səbəbindən 2021-ci ilə kimi təxirə salınan Avropa çempionatının təşkilatçı sayını azaltmaq məqsədilə dörd variantı nəzərdən keçirir. Sputnik Azərbaycan bu barədə Express.de-yə istinadən xəbər yayıb.

AVRO 2020-nin təşkilatçıları ilə bağlı ssenarilərdən biri çempionata ev sahibliyi edəcək şəhərlərin sayının 12-dən 10-a endirilməsindən ibarətdir. İkinci variantda şəhərlərin sayının 5-ə, üçüncü variantda isə 2-yə endirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə 2012-ci ildə Avropa çempionatı iki ölkədə keçirilmiş, həmin vaxt turnirə Polşa və Ukrayna ev sahibliyi etmişdi.

Nəhayət, dördüncü ssenari keçən il Avropa Liqasının həlledici mərhələsində olduğu kimi, çempionatın yalnız bir ölkədə keçirilməsini nəzərdə tutur.

Bununla belə, hansı şəhərlərin təşkilatçılar siyahısından çıxarıla biləcəyi haqqında məlumat verilmir, yalnız o qeyd olunur ki, şəhərlərin sayının azaldılması çoxsaylı səfərlərin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər coğrafi prinsipdən çıxış edilərsə, siyahıda Avropaya ən uzaq olan şəhərlər Bakı və Sankt-Peterburqdur. Bu səbəbdən AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılan ilk namizədlər məhz bu şəhərlər ola bilər.

"Qarabağ" futbol klubundan sensasion açıqlama>>

Digər tərəfdən, üç qarşılaşması Bakıda keçirilməli olan "A" qrupunda Türkiyə yığması da var. Özü də bu ölkə yalnız coğrafi baxımdan Azərbaycana yaxın deyil, həmçinin ənənəvi olaraq öz komandalarını fəal şəkildə dəstəkləyən türk azarkeşlərin axınını da nəzərə alsaq, Bakı UEFA oyunlarının keçirilməsi üçün sərfəli məkan hesab oluna bilər. Bununla belə, eyni qrupda olan Uels komandası Bakıya gəlmək üçün min kilometr yol qət etməlidir. Odur ki, UEFA qərar qəbul edərkən bu iki amildən birinə üstünlük verməlidir.

Əgər Avropa Futbol İttifaqı AVRO 2020-yə ev sahibliyi edəcək şəhərlərin sayını kəskin şəkildə azaltmağa qərar versə, bu halda oyunların keçirilə biləcəyi dörd Avropa şəhəri qeyd olunur: Münhen (Almaniya), London (Böyük Britaniya), Vyana (Avstriya) və Lissabon (Portuqaliya).

UEFA AVRO 2020-nin təşkilatçılarının sayının azaldılması ehtimalı ilə bağlı xəbərləri şərh etməyib, bununla belə qurumdan bildirilib ki, hazırda assosiasiya 12 təşkilatçı ilə birgə Avropa çempionatı ərzində stadionların hansı formada doldurulması ilə bağlı turnir ssenariləri üzərində işləyir. Həmin ssenarilərə əsasən, çempionat vaxtı tribunaların 50 faizdən 100 faizə, 20 faizdən 30 faizə qədər doldurulması və ya oyunların tamamilə azarkeşsiz keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakı futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi etməli idi. Bakı Olimpiya Stadionunda İsveçrə - Uels, Türkiyə - Uels və İsveçrə - Türkiyə milli komandaları arasında A qrupunun oyunları və dörddə bir finallardan birinin keçirilməsi nəzərdə tutulmuşdu. AVRO 2020-nin bu il iyunun 11-dən iyulun 11-nə kimi keçirilməsi planlaşdırılır.

Avropa çempionatının formatı ilə bağlı son qərar martın əvvəlində açıqlanacaq.

89
Teqlər:
Bakı, UEFA, AVRO-2020, futbol
Məsut Özil, arxiv şəkli

Məsut Özil bundan sonra Türkiyədə oynayacaq

24
(Yenilənib 20:41 24.01.2021)
Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

BAKI, 24 yanvar - Sputnik. Türkiyənin "Fənərbaxça" klubu yeni transferi Məsut Özillə 3,5 illik müqavilə bağlayıb.

Sputnik Azərbaycan klubun rəsmi saytına istinadla xəbər verir ki, 2014-cü ildən oyunçusu olduğu Almaniya millisindən istefa verən türkəsilli hücumameylli yarımmüdafiəçi müqaviləyə imza atdıqdan dərhal sonra məşqlərə başlayıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə Özil vurğulayıb.

33 yaşlı oyunçunun transferi "sarı-lacivərdlilər"ə demək olar ki, havayı başa gəlib. Türkiyə mediası 3.5 illik sözləşməyə imza atan Özilin bu müddət ərzində İstanbul klubunda 15 milyon avrodan çox qazacağını yazıb.

Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul klubu ilə razılaşıb. 

24
Teqlər:
İstanbul, "Fənərbaxça", məşhur futbolçu, futbolçu, Məsut Özil
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0