Formula 1 iştirakçıları

SOCAR Formula 1 yarışında öz brendini tanıdacaq

64
(Yenilənib 20:25 22.04.2019)
Builki yarış "Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019" adı altında keçiriləcək

BAKI, 22 aprel — Sputnik. SOCAR 26-28 aprel 2019-cu il tarixlərində Bakıda növbəti dəfə keçiriləcək Formula 1 yarışlarının tərəfdaşıdır. Sputnik Azərbaycan xəbər verir ki, SOCAR Formula 1 kimi dünya səviyyəli bir tədbirdə tərəfdaş kimi çıxış etməklə beynəlxalq səviyyədə milyonlarla avtoidman azarkeşinə öz brendini tanıdacaq.

Şirkətin adı yarışın adına əlavə olunacaq və yarışlar beynəlxalq avtoidman auditoriyasına canlı təqdim olunacaq.

"Azərbaycanın daxilində və xaricində idmanın inkişafına daim dəstək göstərməsi ilə fərqlənən aparıcı dövlət şirkəti olan SOCAR-la belə bir tərəfdaşlıqdan məmnunuq" - deyə Bakı Şəhər Halqasından bildirilib.

64
Teqlər:
yarış, Formula 1, SOCAR