Futbolçularla azarkeşlər arasında görüş

Futbolçular azarkeşlərlə görüşüblər

32
(Yenilənib 19:34 22.04.2019)
Moskvada Bakıda keçiriləcək final qarşılaşması müzakirə edilib

BAKI, 22 aprel — Sputnik. Rusiyanın paytaxtı Moskvadakı "Aviapark" ticarət-əyləncə mərkəzində UEFA Avropa Liqasının "KİA Kubok Turu" keçirilir. Tədbirin ilk günündə rusiyalı tanınmış futbolçu Andrey Arşavin, dünən isə turnirin bu il mayın 29-da Bakıda keçiriləcək final qarşılaşmasının səfirləri – futbol veteranı Vəli Qasımov və hazırda Samara şəhərinin "Krılya Sovetov" klubunda çıxış edən, Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov iştirak edib.

Sputnik Azərbaycan AFFA-nn saytına istinadla xəbər verir ki, sərgidə iştirak edən azərbaycanlı tələbələrlə görüşən futbolçular onların suallarını cavablandırıb, futbolla bağlı maraqlı fikir mübadiləsi aparıblar. Sonra görüş futbol azarkeşləri ilə daha geniş formatda davam etdirilib.

Vəli Qasımov və Aleksandr Səmədov çıxış edərək Bakıda keçiriləcək final oyununun nəinki Azərbaycanda, ümumilikdə regionda futbolun inkişafına təkan verəcəyini və futbola marağın artmasına müsbət təsir göstərəcəyini bildirib.

UEFA Avropa Liqası Final 2019-un səfirlərinin avtoqraf mərasimi və azarkeşlərlə xatirə şəkilləri çəkdirməsindən sonra viktorina keçirilib. Qalib Bakıda keçiriləcək final oyununa bilet qazanıb.

UEFA Avropa Liqasının kuboku Rusiyaya İtaliyanın Milan şəhərindən gətirilib. Martın 9-dan İsveçrənin Cenevrə şəhərindən başlayan kubok səyahəti 22-23 martda İspaniyanın Sevilya, 29-30 mart tarixlərində Almaniyanın Berlin, aprelin 5-də və 6-da İngilətərənin paytaxtı London, 12 apreldə isə İtaliyanın Milan şəhərində davam edib.

Mayın 10-da Fransa paytaxtı Parisdə olacaq UEFA Avropa Liqası kuboku mayın 16-dan etibarən yenidən Bakıya gətiriləcək və mayın 29-da keçiriləcək final gününə qədər ölkəmizdə olacaq.

UEFA Uşaq Fondu ilə birgə keçirilən kubok turu, eyni zamanda, xeyriyyə məqsədi daşıyır. Kubokun sərgiləndiyi şəhərlərdə toplanan futbol ayaqqabıları İordaniyada məskunlaşmış yeniyetmə və gənc Suriya qaçqınlarına veriləcək.

32
Teqlər:
Bakı, Moskva, final, futbol
Əlaqədar
Futbol azarkeşlərinin diqqətinə!
Futbol oyunu zamanı qəribə olay baş verdi: Hakim öz həmkarına....
Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

150
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

150
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

7
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

7
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0